Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abramtsevo-Kudrino oyma sənəti
Abramtsevo-Kudrino oyma sənəti — XIX əsrin sonlarında Moskva yaxınlığındakı Abramtsevo mülkünün yaxınlığında formalaşmış ağac üzərində oyma sənəti. Sənətkarlığın yaranması Abramtsevo mülkünün rəssamları və ilk növbədə 1882-ci ildə Savva Mamontovun mülkündə olan Xotkovo, Axtırka, Kudrino, Mutovki kəndlərindən olan oyma ustalarının oxuduğu və işlədiyi dülgərlik və oyma emalatxanası təşkil edən Yelena Polenova ilə sıx bağlıdır. Seminar təşkil edilərkən maarifləndirici fəaliyyətə, tələbələrdə yaradıcı əhval-ruhiyyənin yaradılmasına və saxlanmasına xüsusi diqqət yetirilmişdir. Seminarda oyma vərdişlərini öyrənməklə yanaşı, rəsm və rəngkarlığın əsasları öyrədilmişdir. Abramtsevo Muzey-Qoruğunda dərslər keçirilmiş, əmlakda böyük bir xalq sənəti kolleksiyası toplanmışdır. Seminarın məzunları hədiyyə olaraq öz işlərini təşkil etmək üçün alətlər almışdılar. 1890-cı ildə tələbələrdən biri V. P. Vornoskov doğulduğu Kudrino kəndində öz istehsalatını qurmuş, Abramtsevo emalatxanasının sifarişi ilə işləməyə başlamışdır. Əvvəlcə kiçik olan bu emalatxana gələcək sənətkarlığın əsasını təşkil etmişdir. Kudrino emalatxanasında ornamental oymağın xüsusi üslubu formalaşmış, yastı relyefli oymağın həndəsi oyma ilə uğurlu birləşmələri tapılmış, utilitar əşyalarda oyma dekorasiyanın üzvi istifadəsi prinsipləri müəyyən edilmişdir. İşin ilk illərində peşəkar rəssamlar Vasili Sokolov, Sergey Malyutin və Əl Sənəti Muzeyinin işçiləri xüsusi "Vornoskov" üslubunun hazırlanmasında böyük köməklik göstərmişdilər.
Çində daş oyma sənəti
Çində daş oyma sənəti müxtəlif mənşəli və rəngli bəzək daşlarının işlənməsi ilə əlaqəli zərgərlik növüdür. Sənətkarlar, işlənməsi asan olan taxta və gil üzərində uzun müddət işlədikdən sonra bəzək daşlarına diqqət yetirdilər. Daşdan və vulkanik şüşədən hazırlanan məhsullar işlənməsi çətin və uzun müddət tələb edirdi. Çində daş oyma sənətinin inkişafının başlanğıcı olaraq Eramızdan əvvəl 5-ci minillik qeyd edilir. Bu zaman, ritual baltalar və bıçaqlar yuvarlaq hissələrlə yəşimnən hazırlanmışdı və kənarlarına diqqətlə cilalanmış və itilənmiş bıçaqlar tutacaqa bərkidilməsi üçün dəliklər qazılmışdı. Çində Arxeoloji tapıntılar arasında eramızdan əvvəl IV–I minilliklərə aid yəşim məhsullarının nümunələri aşkar edilmişdir. Süd ağından parlaq yaşıl rəngə qədər fərqli bir rəngə sahib olan mineralın işlənməsi çətin idi və cilalanma qabiliyyəti ilə diqqəti cəlb edirdi. Həm düz yəşim lövhələr, həm də kiçik parçalar işlənirdi. Sərt (polad kimi), ağır xammalın işlənməsində xüsusi emal vasitələri istifadə edilirdi. Ancaq psixoloji cəhətdən hazır olan və bir parça üzərində aylarla işləyə bilən Çinin sənətkarları qiymətli daşlarla necə ustalıqla davranmağı öyrəndilər.
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Alar oymağı
Alar oymağı — Şahsevən elinin qollarından biri. == Tarixi == Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Dəmirçili oymağı
Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri. == Yayılması və yerləşməsi == Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir. Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur. Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Gündüzlü oymağı
Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir: Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik. Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Orlat oymağı
Orlat oymağı — Cəlayır elinin böyük qollarından biri. Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu. Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. Ənvər Çingizoğlu. Türkman eli.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qovanlı oymağı
Qovanlı oymağı — Qacar elinin Aşağıbaşlı qrupuna daxildir. Qovanlı oymağının tarixindən və nümayəndələrindən danışmazdan öncə adaçımına diqqətimizi yönəldək. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın oğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış və bundan sonra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Bu versiya kökündən yanlışdır. Çingiz xanın Kaan Lu adlı oğlu olmayıb. Cuçi, Cığatay, Ügədey, Tulu (anaları Burqu ucin) və Külkan (anası Qulan xatun) adlı oğulları vardı. Qacarların başçılarının öz nəsillərinin monqollara çatmasını sübut etməyə çalışması iki ictimai-psixoloji prinsiplə bağlıdır. Bu iki prinsipdən biri "Türklərin qanunu"dur ki, qədim zamanlardan cah-cəlallı, cəsur tayfa kimi ad qazandıqları üçün insanlardan çoxu özünü o tayfaya mənsub etməklə onların hesabına məşhurlaşdılar. Ikinci prinsip isə bəzi İran sülalərinin qohumluq əlaqələri yaratma prinsipidir ki, bunun da tarixdə uzun bir keçmişi var.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Sabir oymağı
Sabir- Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Qarabağın Vərəndə nahiyəsində Qaraçuq adlı yerdə qışlayır, İrəəvan əyalətində «Zilxaç» adlı yerdə yaylayırmış. Bayat torpağında «Həsənəkən» adlı çayın kənarında əkinçiliklə məşğul olurdu.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Sarıcalı oymağı
Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu. Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Bayburdlu oymağı
Bayburdlu oymağı — Cənubi Azərbaycanın bölgələrindən biri olan Qaradağ vilayətində yaşamış olan türk tayfalarından biri. == Tarixi == Tayfanın adından bəlli olur ki, onlar ilk öncə Şərqi Anadoluda, Ərzurumdan şimal-qərbdə yerləşən Bayburddan köçüb bu bölgəyə gəlmişdirlər. Bu tayfa Səfəvi imperiyasını yaradan Qızılbaş tayfalarından biri olmuşdur. Bu tayfanın başçısı olan Qaraca İlyas Bayburdlu I Şah İsmayılın Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdüyü Şərur döyüşündə iştirak etmiş, Qızılbaş ordusunun komandanlarından biri kimi olmuşdur. Bu döyüşdə I İsmayıl Əlvənd Mirzəni darmadağın etmiş və bir qədər sonra Təbrizə daxil olaraq özünü şah elan etmişdir. I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərinə yerləşdilər.
Səədli oymağı
Səədli oymağı və ya Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri və əsas oymağı. Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır: "Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd (səədli tayfasının yaşadığı yer) İrəvanın yaxınlığında yerləşir." "Naxçıvan və Çuxusəd tərəfə yolandılar". Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. "Çuxur" türkcə çala və quyu mənasındadır, ancaq "səəd"in nə demək olduğunu bilmədik". Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sümər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla Qaraqoyunlu yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdür. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki, iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.
Masutatsu Oyama
Masutatsu Ōyama (yap. 大山倍達, kor. 최영의, 崔永宜) — Kyokuşinkay karatenin əsasını qoyan məşhur karate ustasıdır. Kyokuşin karate məktəbinə maraq məhz əfsanəvi usta Masutatsu Oyamanın adı ilə baglıdır. == Həyatı == 1923-cü ildə Cənubi Koreyanın Qunsan əyalətində anadan olan Masutatsu Oyama karateçilərin yeni nəslinə aiddir. Mənşəcə koreyalı olub, etnik azlığa mənsub idi. Məşhur olduğu Masutatsu Oyamanın imzası – gənclik arzusunu təcəssüm etdirir (Hərfi mənada öz nailiyyətlərini yüksək dağ kimi toplamaq). Orta məktəbi Seulda bitirmiş və Aviasiya məktəbində təhsil almaqdan ötrü 1938-ci ildə Yaponiyaya köçmüşdür. Bir çox ləqəbləri ilə tanınmışdır. Gənclik illərində cüdo və boksla məşğul olmuşdur.
Phytoseius lyma
Phytoseius lyma (lat. Phytoseius lyma) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius lyma Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Uqo Oyama
Huqo Hoyama (9 may 1969) — Braziliyanı təmsil edən stolüstü tennisçi. Huqo Hoyama Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Huqo Hoyama Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Huqo Hoyama Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yoşimatsu Oyama
Yoşimatsu Oyama — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
İvao Oyama
Yaponiyanın 1904–1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı. Oyama(1842–1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904–1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885–96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu. Admiral Toqonun Port-Arturu təslim olmağa məcbur etməsində heç şübhəsiz ki, general Noqinin qalanın qurudan beşqat keçilməz hasarlarını dağıdıb müdafiə istehkamlarını tamamilə məhv etməsinin həlledici rolu oldu. Lakin Ernest və Trevor Düpilər yazır: "Mancuriyada rusların böyük qüvvələri vardı. Yaponlar rus ordularını əzib Yalu çayından geri atdılar. Ruslar Lyaoyanda böyük qüvvə cəmləşdirmişdilər.
Aşiq olma
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
İkuo Oyama
İkuo Oyama (大山 郁夫, Oyama İkuo, 20 oktyabr 1880 və ya 20 sentyabr 1880, Hyoqo prefekturası – 30 noyabr 1955, Tokio) – Yaponiya müəllimi, jurnalisti və siyasətçisi. Demokratiya və sülh tərəfdarı olmuşdur. == İlk illəri == 1880-ci ildə Yaponiyanın Hyoqo prefekturasında Fukumoto ailəsinin ikinci oğlu kimi doğulmuşdur. 17 yaşında Oyama ailəsi tərəfindən övladlığa götürülmüşdür. 1905-ci ildə Vaseda Universitetinin siyasət və iqtisadiyyat kafedrasından məzun olmuşdur. Növbəti il universitetdə təlimçi kimi işləməyə başlamışdır. Çikaqo (1911) və Münxen (1913) universitetlərində sosiologiya təhsili almışdır. Üç fərqli dövrdə Vaseda Universitetində professor olmuşdur: 1914–1917-ci illərdə dərs deyərkən fakültədəki bir həmkarının işdən çıxarılmasına etiraz etmək üçün istefa etmiş; 1920–1927-ci illərdə dərs deyərkən solçularla əlaqəsinə görə işdən çıxarılmışdır. 1947-ci ildə yenidən universitetdə dərs deməyə başlamışdır. == Fəaliyyəti == İkuo Oyama "Osaka Asahi Shimbun" qəzetinin yazarı olsa da, 1918-ci ildə baş verən düyü üsyanlarından sonra hökuməti tənqid etdiyi üçün qəzetdən uzaqlaşdırılmışdır.
Nobuyo Oyama
Nobuyo Oyama (大山 のぶ代, Oyama Nobuyo, 16 oktyabr 1933, Şibuya – 29 sentyabr 2024, Tokio) və ya doğum adı ilə Nobuyo Yamaşita (山下羨代, Yamaşita Nobuyo) – Yaponiya aktrisası və seyyusu. "Doraemon" anime serialının eyniadlı baş qəhrəmanını səsləndirməsinə görə tanınır. "Actors 7" agentliyinin üzvü olmuşdur. == Həyatı == Nobuyo Oyama 16 sentyabr 1933-cü ildə Tokioda doğulmuşdur. Hayyuza aktyorluq məktəbindən məzun olmuşdur. 1956-cı ildə bir NHK serialında debüt etmiş, 1957-ci ildə ilk dəfə dublajla məşğul olmuşdur. Xarici serialların dublajı ilə məşğul olduqdan sonra anime seriallarında personajları səsləndirməyə başlamışdır. 1960–1967-ci illərdə NHK-nin "Bu Fu Vu" kukla şousunda iştirak etmişdir. "Sazae-san" animesinin personajı Katsuo İsononu orijinal səsləndiricisi olmuşdur. Oyama 1979–2005-ci illərdə – 26 il boyunca Doraemon personajını səsləndirməsinə görə tanınır.
Ayumi Oya
Ayumi Oya (d. 8 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Oya Aydoğan
Oya Aydoğan (10 fevral 1957, Ərzincan – 15 may 2016, İstanbul) — Türkiyə aktrisası. Ölümündən bir neçə gün öncə aorta damarının deşilməsinə görə xəstəxanaya yerləşdirilmişdi. 12 saat davam edən əməliyyatdan sonra ayılmamış 15 may 2016-cı ildə saat 07.15-də xəstəxanada vəfat etmişdir.
Oya Unustası
Oya Unustası (31 mart 1988) — türkiyəli aktrisa. Oya Unustası, 31 mart 1988-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti məzunudur. İlk olaraq "İtirənlər klubu" adlı filmdə rol almışdır.
Oya Uysal
Oya Uysal (12 may 1952, İstanbul) — Türkiyə şairi. Yazıdığı ilk şeir 1968-ci ildə nəşr edilmişdir. doğdu. Yazığı şeirlər Adam Sanat, Milliyet Sanat, Gösteri, Düşler və Yaşasın Edebiyat jurnallarında da nəşr edilmişdir. Hal-hazırda şeirləri Kitap-lık, Varlık və Yasakmeyve jurnallarında nəşr olunur. Gənclik dövründə beş kitab nəşr etdikdən sonra 1980-ci illərin ikinci yarısında şeir yazmağa ara verən şair, Uçuruma Düşen Nehir (1997) əsəri ilə Ceyhun Atuf Kansu şeir mükafatına, Mevsimini Kaybetmiş Rüzgâr əsəri ilə 1999 Camal Süreya şeir mükafatına layiq görülmüşdür. 2003-cü ildə nəşr olunan Günaydın Sevgili Gece əsərindən sonra 2008-ci ildə Kimselerin Akşamı, 2012-ci ildə Uzak Olan Sendin, 2014-cü ildə isə Siyah Zaten bir Gecelik adlı şeir kitabı nəşr olunmuşdur.
Müstəmləkəçilikdən azad olma
Müstəmləkəçilikdən azad olma (ing. Decolonization) — müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenliyin verilməsi. Müstəmləkə imperiyalarının ləğv edilməsi siyasəti 1941-ci ildə Atlantik Xartiyanın qəbulunda elan edilmişdi. Xartiya ABŞ-nin müstəmləkə ərazilərinin bazarlarına buraxılması barədə tələbindən sonra qəbul edilmişdi. Dekolonizasiya termininin mənaları və tətbiqləri mübahisəlidir. Dekolonizasiyanın mənasını siyasi müstəqillikdən kənara çıxaran geniş yanaşmalar mübahisələrə səbəb olmuş və tənqidlərə məruz qalmışdır. Bir qrup araşdırmaçılar analitik cəhətdən bu terminin əsassız olduğunu müdafiə etdilər, digərləri iddia edirdilər ki, “dekolonizasiya” üçün elmi və praktiki tətbiqlər şəxsiyyətlər haqqında şəksiz və əsaslı anlayışları öyrənməyə imkan verir. Dekolonizasiya ilə bağlı ilk araşdırmalar 1960-1970-ci illərdə ortaya çıxdı. Bu dövrə aid mühüm kitab Martinika müəllifi Frantz Fanonun "Yerin bədbəxtləri" (1961) əsəri idi ki, bu əsər dekolonizasiyanın bir çox aspektlərini ortaya qoydu. Dekolonizasiyanın sonrakı tədqiqatları iqtisadi bərabərsizlikləri müstəmləkəçiliyin mirası kimi, eləcə də insanların mədəniyyətlərinin məhvi kimi nəzərdən keçirdi.
Oyya-de-Alkoy
Oyya-de-Alkoy (isp. Hoya de Alcoy) — İspaniyada yerləşən rayon.
Oyya-de-Kastalya
Oyya-de-Kastalya (isp. Hoya de Castalla) — İspaniyada yerləşən rayon.
Cinsi məmnun olma
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Arxada iz qoyma
Arxada iz qoyma (ing. Leave No Trace) — amerikalı rejissor Debra Qranikin 2018-ci ildə ekranlara çıxan dram filmi. == Süjet == Ata və qızı xeyli müddətdir ki, Portlend yaxınlığındakı təbiət qoruğunda dinc və təcrid olunmuş həyat sürür. Bu həyat tərzi onlardan biri kiçik bir səhv edənə qədər davam edir.
Nişi-Oyama stansiyası
Nişi-Oyama stansiyası (西大山駅, Nişi-Oyama-eki) – Yaponiyanın Kaqoşima prefekturasının İbusuki şəhərində, İbusuki Makurazaki xətti üzərində yerləşən dəmiryol stansiyası. Yaponiyanın ən cənubda yerləşən dəmiryol stansiyasıdır. == Xüsusiyyətlər == Nişi-Oyama stansiyası Kaymon dağının yaxınlığında yerləşir. Stansiya qısa platformadan və kiçik dayanacaqdan ibarət olsa da, ölkənin ən cənubda yerləşən qatar stansiyası olması qatar həvəskarlarını cəlb edir. Burada Yaponiyanın ən cənub stansiyası olduğunu bildirən obelisk və xəritə yerləşdirilib. Stansiyanın yaxınlığında sarı rəngli poçt qutusu yerləşir. Rəvayətə görə bu poçt qutusu ilə göndərilmiş məktub həm göndərənə, həm də qəbul edənə xoşbəxtlik gətirir. Stansiyanın yaxınlığında yerləşən suvenir dükkanında açıqcalar, kartlar, poçt markaları satılır.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.