1. Pəl sözünün bir mənası “dil” demək olub. Pəl qatmaq ifadəsi də sözlə (dillə) işə mane olmaq deməkdir. Pəltək, əslində, pəlyok (dili yox) kimi olub (müqayisə et: qolu şikəst adama çolaq deyirik, bunun əsli qolu yox kimi olub) və sonradan dəyişikliyə uğrayıb. İndi məna dəyişib: səsi düzgün tələffüz edə bilməməklə bağlı işlədilir. Rus dilindəki немец sözü də немой sözündən törəyib rusla alman bir-birinin dilini başa düşməyib və rus almana “немой” (bizdən deyil və ya laldır) adını verib. Almanlara yalnız ruslar немец deyirlər. Güman edirəm ki, pəltək və ya pəlbaş sözlərinin hər ikisi pəlyok sözünün təhrifi ilə bağlıdır. Başqa yozum da mümkündür: fars dilində bu sözün yerinə kəltəzəban işlədirlər. Kəltə farsca “косой” deməkdir. Ehtimal ki, pəltək sözü ilə kəltə sözü eyni kökə malikdir. Bizdə kələ-kötür (əsli: kəltə-kötür) sözü əyri-üyrü anlamında işlədilir. Bu da kəltə sözü ilə bağlı ola bilər. Sözün biltək, kefkək variantı da olub. Biləkçə “связка” deməkdir. Biltək “dili bağlı” (dolaşan) kimi də anlaşıla bilər.
2. Bu sözün sinonimi kev kəlməsi olub, “gövşəmək”lə qohumdur. Görünür, pəltək və kövşək tarixən eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)