Palmira imperiyası
Palmira İmperiyası (260–273) paytaxtı Palmirada yerləşən, 3-cü əsrin ikinci yarısında yaradılmış olan və müasir Suriya, Fələstin, Livan, Misir və Anadolunun bəzi hissələrini əhatə edən qısa ömürlü imperiyadır.
Roma İmperiyasının Suriya əyalətinin qubernatoru Odaenatus qardaşı oğlu Maconius tərəfindən öldürüldükdən sonra, hakimiyyətin idarəsi onun arvadı Zenobia və oğlu Vabalathusun əlinə keçdi. Zenobia Roma imperiyasının iradəsnin ziddinə gedərək hökmranlığını və Palmiranın ərazisini Suriyanın cənubundakı Busra şəhərinə və Misirin qərbindəki ərazilərə genişləndirərək qısamüddətli Palmira imperatorluğunu yaratmışdır.
Daha sonra şimalda Antakyanı aldı. Qısa müddətdə Anadolunun cənub və şərqini, Fərat və Dəclə hövzəsinin bir hissəsini, Suriya, Fələstin, Sinay yarımadasının və Misirin əhəmiyyətli bir hissəsini ələ keçirən imperiyanın Roma rəhbərliyinin diqqətini çəkməsi çox çəkmədi. 272-ci ildə imperator Aurelian itirilmiş torpaqları geri almaq üçün Palmira səfərinə çıxdı. Şərqdə hərtərəfli hərbi əməliyyatlara başlayan imperator qısa müddətdə Antakya və Homs şəhərlərini ələ keçirərək Palmiraya çatdı və Sasanilərə sığınmaq üzrə olan Kraliça Zenobiya və oğlunu sağ-salamat əsir götürüb İtaliyaya apardı. Bu əsnada dağıdılmayan şəhərdə 273-cü ildə üsyanlar başlayanda imperator Aurelian yenidən Palmiraya gəldi və bu dəfə əsgərlərinəə şəhəri qarət etməyə icazə verdi. Bu dağıntı Palmira şəhərinin dağılmasına səbəb olmuş, bundan sonra şəhər köhnə günlərinə heç vaxt qayıda bilməmişdir. Şəhər imperiya tərəfindən Roma əsgərlərinin legionlarının qalacağı hərbi bazaya çevrilmişdir.