pankration
pankreatin
OBASTAN VİKİ
Pankreas
Mədəaltı vəzi (lat. pancreas) — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16-22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70-80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi - başı - (lat. caput pancreatis), orta hissə - cismi - (lat. corpus pancreatis) və sol hissəsi - quyruğu - (lat. cauda pancreatis). Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı - lat. processus uncinatus (pancreas Winslowi - BNA) adlanır və pankreas başının yerdə qalan hissəsindən lat. incisura pancreatis vasitəsilə ayrılır.
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Üzükvari pankreas
Üzükvari pankreas — Mədəaltı vəzin anomaliyasıdır. Normal pankreas toxumasının onikibarmaq bağırsaq ikinci qismini çevrələməsi nəticəsində əmələ gəlir. Bu anomaliya adətən uşaqlarda ortaya çıxır və ürək qüsurları, Daun sindromu və b. birlikdə rast gəlir. Bəzi hallarda böyük yaşlarda (40–50) rast gələ bilir. Əsas əlaməti onikibarmaq bağırsaq obstruksiyasıdır (qusma, ağrı). Rentgenoloji müayinə, endoskopiya və oral kontrastlı kompüter tomoqrafiyası diaqnozu dəqiqləşdirə bilər. Müalicəsi qastroenteroanastomozun qoyulmasıdır. Pankreas tolxuma-sının kəsilməsi tövsiyə edilmir, çünki duodenal və pankreatik fistullar meydana gələ bilir. Malginizasiya şübhəsi olduqda PDR yerinə yetirilir.

Digər lüğətlərdə