Para

1930-cu ilə qədər Türkiyədə tədavüldə olan gümüş monet.
Paolo
Paradoks
OBASTAN VİKİ
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Belen (Para)
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Para-Velosipedl
Paravelosiped – fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş velosiped idman növü. Paravelosipedin yaranma tarixi 1980-ci illərə təsadüf edir. Elə həmin vaxtdan da idmançılar arasında yayılmağa başlayıb. İlk vaxtlar öndə pilot, arxada isə idmançı oturmaqla para-velosiped ilə görmə məhdudiyyəti olan şəxslər yarışıblar. İllər keçdikcə para-velosiped yarışlarına serebral iflicdən əziyyət çəkən, ayağı və ya əli amputasiya olunan, hətta əlil arabasından istifadə edənlər də qatılmağa başlayıb. 1984-cü ildə bu yarış növü Nyu-Yorkda öz paralimpiya debütünü edib. 12 ildən sonra isə Atlantada trek növü paravelosiped Paralimpiya Oyunlarına daxil edildi. Azərbaycanda bu idman növünün "Handcycle" növü rəsmi olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 1 noyabr 2018-ci ildə fəaliyyətə başlayıb. 1 – 15 sentyabr 2019-cu il tarixlərində Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında Azərbaycanı paravelosiped idman növü üzrə Mehman Ramazanzadə təmsil edib.
Aşağı Para (Sayınqala)
Aşağı Para (fars. پاره سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (26 ailə).
Para-aminobenzoy turşusu
Para-aminobenzoy turşusu (vitamin B10) –aminoturşudur, benzoy turşusunun törəməsidir, təbiətdə geniş yayılmışdır. Para-aminobenzoy turşusu (PABT) 1863-cü ildə alınmışdır. 1939–1940-cı illərin tədqiqatları göstərmişdir ki, bəzi bakteriyalar və mayaların ekstraktlarının tərkibində sulfanilamid preparatların bakteriostatik təsirinə antaqonistik təsirli maddə vardır . Müəyyən edilmişdir ki, bu maya ekstraktın aktiv başlangıcı öz kimyəvi quruluşuna görə para-aminobenzoy turşusundan ibarətdir. Onun kimyəvi formulu: NH2-C6H4-COOH, C7H7NO2 P-aminobenzoy turşusu ət, qara ciyər, yumurtanın ağından və başqa yeyinti məhsullarından ayrılmışdır. Para-aminobenzoy turşusu ağ, kristallik toz şəklində olur; uzun müddət saxlandıqda hava və işığın təsirindən sarımtıl rəng alır. Para-aminobenzoy turşusu soyuq suda nisbətən pis həll olur, isti suda və spirtdə yaxşı həll olur, qələvilərdə asan həll olur; termostabildir. Bu turşu məhlulunu 1100C-yə qədər qaynatdıqda da öz aktivliyini itirmir. Oksidləşdiricilərin və dəmir duzlarının təsitindən tez dəyişir. Prokainesterazin təsirindən novokain hidroliz olur və bunun nəticəsində para-aminobenzoy turşusu və dietilaminoetanol alınır.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Yuxarı Para (Sayınqala)
Yuxarı Para (fars. پاره عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (17 ailə).
Cənubi Xəzərin statistik parametirləri
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Diplozoon paradoxum
Diplozoon paradoxum (lat. Diplozoon paradoxum)-Yastı qurdlar tipinə aid olan növ. Monogenetik sorucuların nümayəndələrindən biridir. Bu parazit çəki balıqlarının qəlsəmələrində parazitlik edir. İnkişaflarının ilk mərhələsində bu qurdlar tək yaşayırlar. Cinsi yetişkənlik dövründə cütləşən fərdlər mayalandıqdan sonra bir-birindən ayrılmayıb bütün ömrü boyu bitişik yaşayırlar. Cütləşən iki fərdin cinsi orqanları carpaz olaraq bir-birilə birləşir və mayalanma baş verir. Fərdlərin uzunluğu 3,8-6,7 mm, eni isə 0,7-1,7 mm-dir. Yumurtaları suya tökürlər. Sürfələr suda inkişaf edərək balığın qəlsəməsinə yapışır və yetkin fərdə çevrilir.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
Drosera paradoxa
Drosera paradoxa (lat. Drosera paradoxa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Düzbucaqlı paralelepiped
Düzbucaqlı paralelepiped – Oturacağı düzbucaqlı olan düz paralelepipede düzbucaqlı paralelepiped deyilir.12 tili vardır və bir təpədən çıxan tillərinə onun ölçüləri deyilir. Bu ölçülər eni uzunluğu və hündürlüyüdür. Teorem: düzbucaqlı paralelepipedin dioqanılının kvadratı onun bir təpədən çıxan tillərinin(üç ölçüsünün) kvadratları cəminə bərabərdir. Düzbucaqlı paralelepiped ilə bağlı aşağıdakı düsturlar vardır. Düzbucaqlı paralelepipedin həcmi: V = a ⋅ b ⋅ c {\displaystyle V=a\cdot b\cdot c} Düzbucaqlı paralelepipedin tam səthinin sahəsi: S t a m = 2 ⋅ ( a ⋅ b + a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{tam}=2\cdot (a\cdot b+a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin yan səthinin sahəsi: S y a n = 2 ⋅ ( a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{yan}=2\cdot (a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin diaqonalları: d 2 = a 2 + b 2 + c 2 {\displaystyle d^{2}=a^{2}+b^{2}+c^{2}} a {\displaystyle a} və b {\displaystyle b} -oturacağın tərəfləri, c {\displaystyle c} — paralelepipedin tili, d {\displaystyle d} isə diaqonalıdır.
EPR paradoksu
EPR paradoksu (EPR zidiyyəti) — Eynşteyn, Podolski və Rozen, 3 fizikin soyadlarının baş hərflərindən yaranmış və kvant mexanikasının Kopenhagen təfsirinə qarşı ilkin və təsirli bir tənqiddir. Albert Eynşteyn və həmkarları Boris Podolski və Natan Rozen kvant mexanikasının daha əvvəl diqqət yetirilməmiş, lakin müəyyən nəticələrə sahib olduğu qəbul edilən tənliyini meydana çıxaran bir təcrübə hazırladılar. Ancaq zamanla bu tənliklər məntiqsiz göründü. Açıqlama kvant dolanıqlığı olaraq bilinən bir hadisəni ehtiva edirdi. Kvant mexanizminə görə, bəzi şərtlər altında, ortaq şəkildə və ya fərdi olan cüt kvant sistemləri, cüt sistemdə reallaşan təcrübələrin nəticələrinin ehtimallarını kodlaşdıran tək bir dalğanın funksiyasıyla təsvir edilə bilər. EPR məqaləsi yazıldığında, edilən təcrübələr nəticəsində, bir təcrübənin nəticəsinin bəzən tək bir təxmini olmadığı bilinirdi. Bu tip bir qeyri-müəyyənlik, bir işıq süzməsi yarım gümüşlənmiş bir aynanın üzərinə düşdüyündə görülə bilər. İşıq süzməsinin yarısı əks olunarkən digər yarısı keçəcək. Əgər işıq süzməsinin şiddəti, tək bir foton keçənə qədər enərsə, kvant mexanizmasında fotonun əks olunması və ya keçidi təxmin edilə bilməz. Bu təsirin müntəzəm açıqlaması o zamanlar Heyzenberqin naməlumluq qanunuyla təmin edilmişdi.
Echinops paradoxus
Echinops paradoxus (lat. Echinops paradoxus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Edinburq hərbi orkestr paradı
Edinburq kral hərbi orkestr paradı (ing. Royal Edinburgh Military Tattoo) — hər il avqust ayında Edinburq qalasında keçirilən hərbi parad. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
Enosis Neon Paralimni FK
Enosis Neon Paralimni FK — Kiprin futbol klubu. 4 dəfə Avropa kuboklarında iştirak edib.
Esula paralias
Euphorbia paralias (lat. Euphorbia paralias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula paralias (L.) Fourr. Euphorbia malacitana Pau Euphorbion paralium (L.) St.-Lag. Galarhoeus paralias (L.) Haw. Tithymalus maritimus Lam.
Euphorbia paralias
Euphorbia paralias (lat. Euphorbia paralias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula paralias (L.) Fourr. Euphorbia malacitana Pau Euphorbion paralium (L.) St.-Lag. Galarhoeus paralias (L.) Haw. Tithymalus maritimus Lam.
Euphorbion paralium
Euphorbia paralias (lat. Euphorbia paralias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula paralias (L.) Fourr. Euphorbia malacitana Pau Euphorbion paralium (L.) St.-Lag. Galarhoeus paralias (L.) Haw. Tithymalus maritimus Lam.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hartın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Flosmutisia paramicola
Frederik von Parat
İohann Yakob Frederik von Parat (Johann Jacob Friedrich Vilhelm Parrot; 14 oktyabr 1791, Karlsrue – 15 (27) yanvar 1841 və ya 15 yanvar 1841, Tartu, Liflyand quberniyası) — Rusiya İmperiyasının Livoniya bölgəsində ömrünü keçirən alman təbiətşünas və səyyahı. Parrot 1829-cu ildə Xaçatur Abovyanla Ararat dağının zirvəsinə qalxan ilk şəxs olmuşdur. Parrot 1791-ci ildə Karlsrue şəhərində anadan olmuşdur. Bu gün Estoniyanın ərazisində yerləşən Dorpat Universitetində tibb və təbiət elmləri üzrə təhsil almışdır. 1811-ci ildə Moritz von Engelhardt ilə Krıma və Qafqaza səyahət etdi. Bu səfər zamanı bir barometrdən istifadə edərək Xəzər dənizi ilə Qara dəniz arasındakı dəniz səviyyəsi fərqini ölçdü. Qayıdandan sonra Rusiya ordusunda cərrah oldu. 1816 və 1817-ci illərdə Alp və Pireneyə getdi. 1821-ci ildə Dorpat Universitetində fiziologiya və patologiya sahələrində professor adını almış və 1826-cı ildə fizika sahəsində professor olmuşdur. 1826–1829 illəri arasındakı Fars-Rus və Osmanlı-Rus müharibələri nəticəsində ruslar Qafqazı ələ keçirəndən sonra Ermənistana səyahət etmişdir.
Galarhoeus paralias
Euphorbia paralias (lat. Euphorbia paralias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula paralias (L.) Fourr. Euphorbia malacitana Pau Euphorbion paralium (L.) St.-Lag. Galarhoeus paralias (L.) Haw. Tithymalus maritimus Lam.
Graptopetalum paraguayense
Graptopetalum paraguayense (lat. Graptopetalum paraguayense) — dovşankələmikimilər fəsiləsinin graptopetalum cinsinə aid bitki növü.
Harrinqton paradoksu
Harrington paradoksu (İngiliscə: Harrington paradox) ətraf mühit və ekologiya iqtisadiyyatında firmaların ekoloji tənzimləmələrə davranışını əks edən anlayışdır. Paradoks Vinston Harrington tərəfindən, 1988-ci ilin məqaləsində təsvir olunmuşdur, və ABŞdəki 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində ekoloji standartların monitorinqi, həyata keçirilməsi və riayət edilməsinə aid olan tədqiqata əsaslandırılıb. Paradoksa uyğun olaraq, baxmayaraq ki: Firmalarda ekoloji monitorinq tezliyi aşağıdır Ətraf mühit tənzimləmələrinin pozulması müəyyən olduğu halda, pozan firma nadir hallarda cəzalandırılır Gözlənilən cərimənin miqdarı tənzimləməyə riayət etməsinin qiymətinə nisbətən azdır Firmalar əsasən ekoloji standartlara riayət edirlər. Şirkətlərin bu dərəcədə riayət etməsi Gari Bekerin (Gary Becker) rasional cinayət nəzəriyyəsində təsvir olunan gəliri maksimalaşdıran şirkətlərin davranışına uyğun gəlmir. Rasional şirkətlər ancaq gözlənilən cərimə riayət etməsinin qiymətindən çox olması halında standartlara riayət edirlər. Paradoksu izah etmək üçün şirkətlərin altruist olduğu və öz haqqında ictimai fikiri pozmamaq məqsədi təklif olunur. Paradoksu müşəhidə edən statistik məlumatlar nadirdir. Norveçin Çirklənmə üzrə Kontrol İdarəsi tərəfindən 2001-ci ildə aparılan araşdırmada ciddi pozuntular aşkar olunmayıb, amma şirkətlərin çoxusunda (80%) standartlardan kiçik kənara çıxmaları tapılıb. Norveçdə monitorinqin tezliyi aşağı və kiçik pozuntulara cərimə sistemi yüngül olduqları paradoksa güclü sübut verə bilmir, çünki ciddi pozuntulara çox sərt cəzalandırma nəzərdə tutulur. Şirkətlərin bu davranışı rasional cinayət nəzəriyyəsinə uyğun gəlir.
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Heyva parabüzəni
Heyva parabüzəni (lat. Epilachna chrysomelima Fabr.) — Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır, böcəklər adətən may ayının ikinci yarısından başlayaraq oktyabr ayının sonuna qədər aktiv fəaliyyətdə olur. Uzunluğu 3-4 mm, üzərində sarı fonda 22-24 qara ləkələri var. İl ərzində iki nəsil verir. Kütləvi surətdə iyulun ortalarından sentyabr ayının sonuna qədər müşahidə olunur, sonra tədricən say dinamikası aşağı düşür. Yağıntıların başlaması ilə əlaqədar olaraq, tədricən qış sığınacaqlarına çəkilirlər. Qışlama dövrünü də qidalandıqları sahələrdə quru ot və xəzəllərin altında, bəzən də, bükülmüş xəzəllərin içərisində keçirirlər. Ümumiyyətlə, rütubətli sahələrə meyillidirlər.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
I Parazman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Iris paradoxa
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
La noche es para mí
"La noche es para mí", (azərb. Mənim üçün gecə‎) 2009 Avroviziya Mahnı Müsabiqəsində Soraya Arnelasın İspaniya adına səsləndirdiyi mahnıdır. Mahnı Irini Michas, Dimitri Stassos və Jason Gill tərəfindən bəstələndi və mahnının sözləri Felipe Pedroso tərəfindən yazıldı. Mahnı əvvəlcə 2007-ci ildə Yunanca olaraq "Əfvdə Pou Ksereis" adı ila bəstələndi. Əvvəl Helena Paparizou üçün təklif edilən mahnı Paparizou tərəfindən imtina edildi. Mahnı, daha sonra söyləməsi üçün Maro Lytraya təklif edildi. Ən sonunda Chrispaya təklif edilən mahnının Yunanıstanın 2008 mahnısı olması üçün istifadə edilməsi düşünüldü. Mahnı bu üç müğənni tərəfindən də istifadə edilməyincə 2009 ili üçün uyğun sənətçi axtarıldı. Soraya və prodüserləri Sin Miedo albomu üçün mahnını almağa qəbul etdi. 13 oktyabr 2008-ci ildə nümayiş olunan albom İspanca olduğundan, mahnı da İspan dilində olaraq yazılaraq alboma alındı.
Para-cüdo üzrə Avropa Çempionatı
Para-cüdo üzrə Avropa Çempionatı — para-cüdo idman növü üzrə 2 ildə bir dəfə baş tutan Avropa Çempionatı.
Si vis pacem, para bellum
Si vis pacem, para bellum (lat. : [siː wiːs ˈpaːkemː ˈpara ˈbellumː]) "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" {ikinci şəxsin tək halı} kimi tərcümə olunan latınca atalar sözüdür. "Si vis pacem, para bellum" ifadəsi, Latın müəllifi Publius Flavius Vegetius Renatusun De Re Militarinin traktında tapılmış bir ifadəyə uyğundur, burada həqiqi ifadələrin "Igitur qui desiderat pacem, praeparet bellum" ("Bu səbəbdən, barışıq istəyənlər müharibəyə hazırlaşsın. "). [1] [2] Təqdim etdiyi fikir Platonun Nomoi (Qanunlar) və Çinli Şi Ji kimi əvvəlki əsərlərdə də yer alır. [3] [4] [5] Bu ifadə sülh şərtlərinin tez-tez zərurət yarandıqda müharibə etməyə hazır olması ilə qorunub saxlandığına dair əks fikirləri təqdim edir. Mənbə nə olursa olsun, bu atalar bir sıra dillərdə müxtəlif fikirlərin hazırlanmasında istifadə olunan canlı bir söz maddəsinə çevrilmişdir. Si vis bellum para pacem Məsələn, tarixçi Louis Antuan Fauvelet de Bourrienne Napoleon Bonapartın xarici siyasətinə istinad etdi: [6] Hər kəs bu məsəldən xəbərdardır ... Bonaparte bir Latın alimi olsaydı, çox güman ki, bunu tərsinə çevirib, Si vis bellum para pacem deyərdi. Başqa sözlə, müharibə planlaşdıran bir lider, sülhü inkişaf etdirərək digər xalqları gözdən salmalıdır.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
2005 Para-cüdo üzrə Avropa Çempionatı
2005 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə I Para-cüdo üzrə Avropa Çempionatı — 2005-ci il aprelin 2-dən 6-na qədər Niderlandın Vlardinqen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2007 Para-cüdo üzrə Avropa Çempionatı
2007 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə II Para-cüdo üzrə Avropa Çempionatı — 2007-ci il mayın 17-dən 21-nə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2009 Para-cüdo üzrə Avropa Çempionatı
2009 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə III Para-cüdo üzrə Avropa Çempionatı — 2009-cu il iyulun 3-dən 5-nə qədər Macarıstanın Debreçen şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2011 Para-cüdo üzrə Avropa Çempionatı
2011 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə IV Para-cüdo üzrə Avropa Çempionatı — 2011-ci il noyabrın 17-dən 20-nə qədər Birləşmiş Krallıqın Kroli şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2013 Para-cüdo üzrə Avropa Çempionatı
2013 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə V Para-cüdo üzrə Avropa Çempionatı — 2013-cü il deкabrın 4-dən 6-na qədər Macarıstanın Eger şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2015 Para-cüdo üzrə Avropa Çempionatı
2015 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VI Para-cüdo üzrə Avropa Çempionatı — 2015-ci il noyabrın 25-dən 30-na qədər Portuqaliyanın paytaxtı Lissabon şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.
2017 Para-cüdo üzrə Avropa Çempionatı
2017 Para-cüdo üzrə Avropa Çempionatı və ya rəsmi adı ilə VII Para-cüdo üzrə Avropa Çempionatı — 2017-ci il avqustun 4-dan 5-nə qədər Birləşmiş Krallıqın Uolsoll şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatı.

Digər lüğətlərdə