Parafinsizləşdirmə

neft fraksiyalarından (dizel yanacağı və sürtkü yağları istehsalında) N-parafin karbohidrogenlərinin çıxarılması. P. nəticəsində məhsulun keyfiyəti yüksəlir, donma temperaturu aşağı düşür. Dörd P. üsulu vardır.
Parafin
Perespektivli lay
OBASTAN VİKİ
Parafinsizləşdirmə prosesləri
Parafinli xam neftlərin tərkibində çox vaxt mikrokristallik və ya parafinşəkilli mum qatışıqları olur. Bu cür qatışıqları kənar etmək üçün parafinli nefti emal etməzdən əvvəl metiletilketon (MEK) kimi həlledicilərlə təmizləmək tövsiyə olunur. Lakin bu, ümumi bir xarakter daşımır. Həlledici ilə parafinsizləşdirmə üsulu aşağı temperaturlarda (məsələn, aşağı bərkimə temperaturlarında) axıcılığın lazımi həddə alınması məqsədilə xam neftdən deyil, məhz sürtkü yağlarından bərk parafinin təmizlənməsi üçün işlənib hazırlanmışdır. Həlledici ilə parafinsizləşdirmə mexanizmi ya aşağı temperaturda yağ məhlulundan parafinin bərk hissəcik kimi kristallaşdırma yolu ilə ayrılmasını, ya da parafinin ərimə temperaturundan yüksək temperaturda maye kimi selektiv həlledici ilə ekstraksiya yolu ilə ayrılmasını nəzərdə tutur. Lakin birinci mexanizm parafinsizləşdirmənin sənaye proseslərinin əsasını təşkil edir. 1930-cu illərdə iki tip, naftenli və parafinli xammal mühərrik yağlarının alınması üçün istifadə olunurdu. Yağların keyfiyyətinin yaxşılaşdırılması üçün hər iki tip yağ həlledici ilə ekstraksiyaya məruz qoyulurdu, lakin istismar zamanı rast gəlinən yüksək temperaturlarda naften əsaslı yağlar parafin əsaslı yağlar kimi davamlı olmurdu. Bununla belə, aşağı temperaturlarda axıcılığını saxladığı üçün, xüsusilə, soyuq havalarda naften tipli yağlar daha üstün hesab edilirdi. 1938-ci ilə qədər ən yüksək keyfiyyətli sürtkü yağları naften tipli idi və yağın özlülüyündən asılı olaraq, −40 С-dən −7оС-yə qədər (-40оF-dən −20оF-ə qədər) axıcılıq həddinin alınması üçün fenolla emal edilirdi.

Digər lüğətlərdə