Paresteziya
Paresteziya — dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissidir. Narahat ayaqlar kimi sindromlar zamanı sızıltı, uyuşma, yanma, qaşınma və ağrı kimi hisslər eyni vaxtda baş verə bilər. Bu söz yunan dilində olan para ("anormal") və aistesia ("hiss") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dəridə olan hissləri onurğa beyni vasitəsilə ötürən periferik həssas sinirlərdə və ya trigeminal sinir yollarındakı hər hansısa bir pozğunluq paresteziyanın yaranmasına səbəb ola bilər.