paroxod

is. 1) bateau m (à vapeur), vapeur m ; paquebot m (sərnişin, poçt, dəniz) ; transatlantique m (okean) ; 2) de bateau(x)(à vapeur)

parlatmaq
paroxodçuluq
OBASTAN VİKİ
Paroxod
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Lenkoran paroxodu (1845)
"Lenkoran" (rus. Ленкорань) Rusiya İmperiyası Xəzər donanmasının dəmir korpuslu təkərli paroxodudu. Adı Xəzər dənizinin cənub şəhəri Lənkəranla bağlıdır. == Paroxodun təsviri == Dəmir korpuslu təkərli paroxod. Gəminin uzunluğu 50,29 metr, eni 9,45 metr, suya oturma dərəcəsi 3,5 metr təşkil edir. Gəmiyə 100 at güclü buxar maşını quraşdırılıb. == Xidmət tarixi == "Lenkoran" təkərli paroxodun əsası Hollandiyada qoyulub. Dağıdılmış şəkildə Həştərxana gətirilib, orada toplanmışdı və 1845-ci ilin oktyabrında suya buraxıldı. "Kura" və "Tarki" parxodları ilə birlikdə 1845-ci ildə Xəzər dənizində gəmiçiliyin əsasını qoyan ilk paroxodlardan idi. 1855-ci ildə leytenant N.T, Yefimovun komandanlığı altında Xəzər dənizinin şərq hissəsinin limanları üzrə hərəkət edirdi.
Qafqaz və Merkuri Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898)
Qafqaz və Merkuri cəmiyyətinin paroxodunun limandan yola düşməsi — Aleksandr Mişon tərəfindən çəkilmiş, Azərbaycan kinosunun ilk filmlərindən biri. Film 1898-ci ilin yayında yayımlanıb. İnformatik xəbər janrında çəkilmiş kinosüjet paroxodun Bakı limanından yola düşməsini və dənizin qoynunda necə uzaqlaşdığını əks etdirir. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.

Digər lüğətlərdə