Periklaz
Periklaz — mineral, MgO.
Periklaz - Mg qismən Fe2+-la (ferriperiklaz), həmçinin Zn və Mn2+-la əvəz olunur. Kubik. Kristalları oktaedrik, bəzən kubik və dodekaedrik. İkiləşməsi {111} üzrə (şpinel qanunu). Ayrılması {100} üzrə mükəmməl, {111} üzrə qeyri-mükəmməl. Aqreqatı dənəvər. Rəngsiz, ağ, sarı, qəhvəyi, yaşıl. Parıltısı şüşəli. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 3,6.