perimetr
perinatologiya
OBASTAN VİKİ
Respublika Perinatal Mərkəzində yanğın (2024)
Respublika Perinatal Mərkəzində yanğın — 2024-cü il yanvarın 9-da saat 3:35-də Xətai rayonu ərazisində Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsidir. Yanğın nəticəsində yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq ölmüşdür. 2024-cü il yanvarın 9-da saat 03:35-də Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın baş vermişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev yanğının bir otaqda 35 m² sahəni əhatə elədiyini, binanın dörd və üçüncü mərtəbələrində olan pasiyent və personalın təxliyə olduğunu bildirmişdir. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri aparılmışdır. Hadisə yerinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlmişdir. Qısa müddət ərzində söndürülmüşdür. Hadisə yerinə həmçinin Daxili İşlər Nazirliyinin polisləri də səfərbər edilmişdir. Yanğının birinci saatlarında TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsinin reallaşdığını, 1 nəfər mühafizəçisinin isə tüstüdən zəhərlənmə səbəbi ilə hospitalizasiya olunduğunu bildirmişdir. Səhər saat 6 radələrində hadisə yerində olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunduğunu, xəstələrin təxliyəsi davam etdiyini qeyd etmişdir.