Perseidlər
Perseidlər - radiantı Persey bürcündə olan meteor seli. 830 ildən məlumdur. 25 iyul-20 avqust arasında müşahidə olunur (12 avqustda maksimum). Svift-Tuttl kometi ilə bağlıdır. Kometlə əlaqəsi izah edilən ilk seldir. Quruluşu mürəkkəbdir və bir neçə qola ayrılır.