petrurgiya
pey 2021
OBASTAN VİKİ
Petuniya
Petuniya (lat. Petunia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı portuqal dilində petun — "tütün" deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır. Hazırda dekorativ gülçülükdə əvvəlki növlərin heç birindən istifadə olunmur, növarası hibridlər isə geniş yayılmışdır. Bağ petunyası (P.x.hybrida) hündürlüyü 75 sm-ə çatan budaqlanan bitkidir. Hibrid petuniya Azərbaycanda dekorativ bitki kimi istifadə edilir. Bu bitkinin çoxlu miqdarda mədəni formaları vardır ki, bunlar da 2 qrupa bölünür: Çoxçiçəklilər qrupu (P.h.multiflora); İriçiçəklilər qrupu (P.h.grandiflora). İriçiçəklilər qrupu bir neçə yarımqrupa bölünür. Onlardan eyvanlarda kompozisiyaların qurulmasında istifadə olunur.