peşmərgə

peşmərgə
peşmək
peşmərgələr
OBASTAN VİKİ
Peşmərgə
Peşmərgə (kürd. Pêşmerge) — Kürd silahlısında verilən ümumi ad. Kürd dilində Peş arxasından Merg isə ölüm deməkdir. Sözün kürd dilində tərcüməsi "ölümün arxasından gedən" anlamını verir. Bununla Peşmərgələrin ölümdən qorxmadıqları fikri ifadə olunur. Peşmərgə əsgərləri ilk dəfə 1920-ci ildə İraqın şimalında Kürdüstan dövlətini yaratmaq məqsədilə döyüşmüşdülər. Sonrakı illərdə peşmərgələrin fəaliyyəti zəifləmiş və zamanla tarix səhifəsindən çıxmışdır. 2005-ci ildə ABŞ dövləti, İraqın şimalında təhlükəsizliyi təmin etmək üçün peşmərgələrin fəaliyyətini yenidən bərpa etmişdir.
Peşmərgə Roj
Peşmərgə Roj və ya Rojava Peşmərgəsi — Suriyada Kürd Milli Şurasının hərbi qanadı. Onlar KDP tərəfdarıdır və əmrləri İraq Kürdüstanının prezidenti Bərzanidən alırlar. Kürd Milli Şurası lideri iddia etmişdir ki, PYD-nin silahlı qanadı olan YPG və YPJ-nin artan hərbi gücünə cavab olaraq onlar özünün hərbiləşdirilmiş qanadı olan Peşmərgə Roju yaratmışdılar. İbrahim Bironun iddialarına görə, Rojava Peşmərgəsi daha çox suriyalı kürd qaçqınlar və Kürdüstan regionunda Suriya Ordusunun fərariləri arasından toplanır. General-mayor Bəhcət Taymasın rəhbərliyi altında Peşmərgə və Zəravani tərəfindən təlim keçmiş Roj Peşmərgə 2016-cı ilin iyun ayına qədər 3,000, 2018-ci ilin dekabrına qədər isə 5,000 döyüşçüyə malik idi. Onların əsas məqsədi kürd ərazilərinin müdafiəsi və İslam Dövləti ilə mübarizədir.