PEŞQURD

Qərb dialektlərində taxılın ilk biçilmə dövrü belə adlanır. Bəzən bunu biç+quruq kimi izah edirlər. Əslində, fars sözüdür və pişxord şəklində olub, “закуска” mənasında işlədilir (taxıl yaxşı yetişmədiyindən ehtiyacı azca ödəmək üçün vaxtından əvvəl müəyyən qədər biçir və istifadə edirlər). Sözün əsli peşxord olub: peş –“əvvəl”, “qabaq” deməkdir, xord isə “yemək”. Bir qədər ağnağaz sözü­nün mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PEŞKƏŞ
PEŞOY1

Digər lüğətlərdə