Jorj Pir
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910,Belçika,Dinan — 30 yanvar 1969, Löven,Belçika) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri,İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına köməkliyinə görə Nobel Sülh mükafatı laureatı (1958).
11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu.
== Erkən həyatı ==
Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi.
1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi.
== Təhsili ==
Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.