Pisuar
Pisuar - əsas xüsusiyyəti ayaq üstə istifadə edilməsi olan kişilər üçün xüsusi hazırlanmış tualetdir . Qadın pisuarı və Interaktiv pisuar növləri də mövcuddur.
Qədim Roma Dövrünə aid tapılmış pisuarın o dönəm müxtəlif məqsədləri var idi. Məlumdur ki, müasir pisuar üçün ilk patent 1866-cı il martın 27-də amerikalı Endryu Renkin tərəfindən alınıb. Dəyişən həyat tərzinin yaratdığı ehtiyaclar səbəb olaraq qadınlar üçün də məxsusi hazırlanmış pisuarlar da ortaya çıxmışdır, amma ümumi götürəndə istifadəsi kişilər üçün daha faydalıdır.