PİŞNAMAZ

məsciddə namaz qılanların qabağında duraraq namaz mərasimini idarə edən ruhani, din xadimi.
PİR
PİYETİST
OBASTAN VİKİ
Pişnamaz
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.
Molla Məhəmməd Pişnamazzadə
Məhəmmədəli Pişnamazzadə — Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Pişnamazzadə - Azərbaycanlı islam din xadimi.
Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Məhəmməd Pişnamazzadə
Axund Fərəcullah Pişnamazzadə (1870, Nuxa – 1952, Bakı) — axund. Fərəcullah Pişnamazzadə 1870-ci ilin mart ayında novruz bayramı günü Şəkidə anadan olmuşdur. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası Axund Molla Zeynalabdin Molla Məhəmməd oğlu, anası Kafiyə xanım Mirməhəmməd qızı olmuşdur. Fərəcullanın 14 yaşı olanda atası vəfat etmiş, böyük qardaşı Molla Cabbarın himayəsində qalmışdır. İbtidai təhsilini Şəkidə aldıqdan sonra təhsilini Təbrizdə almışdır. 4 il Təbrizdə təhsil aldıqdan sonra o, İraqa gedərək Nəcəf və Kərbalada yüksək səviyyəli mədrəsə təhsili görmüşdür. Daha sonra Tehranda ali dini təhsilə yiyələnən Pişnamazzadə İran şahının sarayında çalışan Həsənxan adlı məmurun qızı Rübabə xanımla evlənmişdir.XIX əsrin sonu XX əsrin əvvəllərində bütün islam ölkələrində olduğu kimi Azərbaycanda da dinimiz mövhumat bataqlığında çabalayırdı. Məzhəblər arasında olan düşmənçilik gündən-günə dərinləşirdi. İstər çar hökuməti, istərsə də sovet hökuməti bu təfriqədən xalqı istismar etmək üçün istifadə edirdilər.
Məhəmməd Pişnamazzadə (Şəki)
Məhəmmədəli Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Samir Pişnamazzadə
Samir Pişnamazzadə (tam adı: Pişnamazzadə Samir Polad oğlu; d.1976 - ö.2014) - Tarix üzrə fəlsəfə doktoru. AMEA-nın Gəncə bölməsində İctimai Elmlər Bölməsinin rəhbəri, AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Büro üzvü. Samir Pişnamazzadə 1976-cı ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1993-cü ildə Gəncə şəhər 4 saylı tam orta məktəbini, 1999-cu ildə isə Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 2001-ci ildə elə həmin Universitetdə əmək fəaliyyətinə başyalan Pişnamazzadə 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 2011-ci ildə isə Dosent elmi adı alıb. 2012-ci ildən etibarən AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. Samir Pişnamazzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Büro üzvü olub. O, uzun illər Gəncənin qədim tarixinin araşdırılması, gizlin qalan faktların üzə çıxarılması istiqamətində bir sıra işlər görüb. İstər Gəncənin 4000 illik yaşının sübuta yetirilməsi, istər tarixi binaların qeydiyyata alınaraq, pasportlaşdırılması, bir çox abidələrin bərpa olunması, adı birbaşa Gəncə ilə əlaqəli olan görkəmli şəxsiyyətlərin monoqrafiyalarının çapa hazırlanması və bir sıra başqa işlərdə Samir Pişnamazzadənin əvvəzsiz rolu olub. Gəncənin salınma tarixinə baxış [Mətn] /S.Pişnamazzadə.
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Böyükağa Pişnamazzadə
Böyükağa Fərəcullah oğlu Pişnamazzadə (18 may 1918, Nuxa, Yelizavetpol quberniyası – 17 iyun 1977, Bakı) — Azərbaycan sovet kimyaçı alimi. == Həyatı == B.F.Pişnamazzadə 1918-ci il mayın 18-də Şəki şəhərinin Gəncəlilər məhəlləsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Şeyxüslamının müavini Hacı Şeyx Fərəcullah Zeynaləbdin oğlu Pişnamazzadənin ailəsində anadan olmuşdur. 1926-cı ildə Şəki şəhəri orta məktəbinə daxil olmuş, 1928-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakıda 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur və 1941-ci ildə oranı bitirmişdir. Həmin ilin iyul ayında II Dünya müharibəsinin başlanması ilə ordu sıralarına səfərbər edilmiş və döyüşən ordunun arxa cəbhəsini müdafiə edən Daxili İşlər Xalq Komissarlığının 2-ci sərhəd polkunda kimya xidməti rəisi olmuşdur. 2-ci sərhəd polkunun tərkibində Şimali qərb, 2-ci Pribaltika, 1-ci Ukrayna cəbhələrində Polşa ərazisində döyüş yolu keçərək qələbəni Almaniyada başa vurmuşdur. == Elmi dərəcələri və elmi adları == Böyükağa Pişnamazzadə 1949-cu ildə "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi, 1964-cü ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1952-ci ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi, həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1945-ci ilin noyabrında ordudan tərxis olunduqdan sonra Azərbaycan EA-nın Kİ-da kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1949-cu ildə "Alfa-xlorefirlərin etrilen karbohidrogenlərin etilen karbohidrogenləri ilə alkilləşməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.
Pişnamazzadə
Pişnamazzadə – soyad. Molla Məhəmməd Pişnamazzadə Məhəmmədəli Pişnamazzadə — Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Pişnamazzadə — Azərbaycanlı islam din xadimi. Məhəmmədəli Pişnamazzadə – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Pişnamazzadə — axund. Samir Pişnamazzadə — Tarix üzrə fəlsəfə doktoru. Böyükağa Pişnamazzadə — kimyaçı alim.
Fərəcullah Pişnamazzadə
Axund Fərəcullah Pişnamazzadə (21 mart 1870, Nuxa – 11 aprel 1952, Bakı) — axund. == Həyatı == Molla Fərəcullah Molla Zeynalabdin oğlu Pişnamazzadə 1870-ci ilin mart ayında novruz bayramı günü Şəkidə anadan olmuşdur. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası Axund Molla Zeynalabdin Molla Məhəmməd oğlu, anası Kafiyə xanım Mirməhəmməd qızı olmuşdur. Fərəcullanın 14 yaşı olanda atası vəfat etmiş, böyük qardaşı Molla Cabbarın himayəsində qalmışdır. İbtidai təhsilini Şəkidə aldıqdan sonra təhsilini Təbrizdə almışdır. 4 il Təbrizdə təhsil aldıqdan sonra o, İraqa gedərək Nəcəf və Kərbalada yüksək səviyyəli mədrəsə təhsili görmüşdür. Daha sonra Tehranda ali dini təhsilə yiyələnən Pişnamazzadə İran şahının sarayında çalışan Həsənxan adlı məmurun qızı Rübabə xanımla evlənmişdir.XIX əsrin sonu XX əsrin əvvəllərində bütün islam ölkələrində olduğu kimi Azərbaycanda da dinimiz mövhumat bataqlığında çabalayırdı. Məzhəblər arasında olan düşmənçilik gündən-günə dərinləşirdi. İstər çar hökuməti, istərsə də sovet hökuməti bu təfriqədən xalqı istismar etmək üçün istifadə edirdilər.

Digər lüğətlərdə