Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmi şura
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Milli Şura
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
Pedaqoji şura
Pedaqoji şura – orta təhsil müəssisələrində məktəbə kollektiv rəhbərlik orqanı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Şura Ayvazov
Şura Surəsi
42-ci surə
Federal Şura (Avstriya)
Federal Şura (alm. Bundesrat‎ — bundesrat') — Avstriya parlamentinin yuxarı palatası — Federal Məclis. Koğuşda 62 yer var. Deputatlar Avstriya torpaqları (parlamentləri) tərəfindən seçilir. Torpaqları əhaliyə görə fərqli sayda millət vəkili (3-dən 12-dək) təmsil olunur. Bundesratın deputatının səlahiyyət müddəti seçilmiş parlamentin səlahiyyət müddəti ilə bağlı 4 ildən 6 ilə qədərdir.
Regional şura (İtaliya)
Regional şura (it. Consiglio regionale) — İtaliya Konstitusiyasının 121-ci maddəsində nəzərdə tutulan hər bir regionun nümayəndəsi olan qanunvericilik orqanı. 1947-ci ildə təsis edilən Siciliya Regional Şurası, regional şura yerinə, Sicilya Regional Məclisi və ya Siciliya Parlamenti adı altında fəaliyyət göstərir və üzvləri deputatlar rütbəsinə sahibdir.. Şura regionun qanunvericilik orqanıdır, digər konstitusional əlaqəli qurumlar kimi, hüquqi şəxsiyyətə, muxtar qaydalara və qərargahına malikdir. İtaliya Konstitusiyasının 126-cı maddəsinə əsasən Regional Şura aşağıda sadalanan səbəblərə görə ləğv edilə bilər: Təbii mandatın sona çatması (5 il). İtaliya Konstitusiyasına qarşı qanun pozuntuları törədildikdə. Milli təhlükəsizlik səbəblərinə görə. Birbaşa vətəndaşlar tərəfindən seçildiyi təqdirdə Region Prezidenti vəzifəsindən imtina edərsə. Regional şura üzvlərinin əksəriyyəti istefa edərsə. Regional Məsələlər üzrə Deputatlar və Senatorlar Komitəsini dinlədikdən sonra İtaliya Prezidentinin əsaslandırılmış qərarı ilə.
Temirxan-Şura dairəsi
Temirxan-Şura dairəsi (rus. Темир-Хан-Шуринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1867–1922-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Temirxan-Şura şəhəri idi.
Şura kəndi (Sulduz)
Şura kəndi (fars. شوراكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (33 ailə).
Azərbaycan Sovet Şura Cümhuriyyətinin üçüncü ildönümü (film, 1923)
Qurd Səyid və Şura
Qurd Səyid və Şura (türk. Kurt Seyit ve Şura) — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur. Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
Ali Hərbi Şura (Türkiyə)
Ali Hərbi Şura (türk. Yüksek Askerî Şûra, YAŞ) — Türkiyə Silahlı Qüvvələrində komitə. Ordunun gündəliyini müəyyən etmək üçün hər il toplanır. 2018-ci ildə yenidən formalaşdırılmışdır. Prezident, vitse-prezident, ədliyyə, daxili işlər, xarici işlər, xəzinə və maliyyə, milli təhsil, milli müdafiə nazirləri, Baş Qərargah rəisi, Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri komandirlərinin sədrliyi ilə formalaşdırılır. Şuranın baş katibi milli müdafiə naziridir. Ümumiyyətlə, şuranın iclasları avqustun ilk həftəsində keçirilir və üç günə qədər genişlənir. Təyinatlar 30 avqust tarixinə qədər (Zəfər Günü) qədər qüvvəyə minir. Buna baxmayaraq, uğursuz 15 iyul çevriliş cəhdi səbəbindən 2016-cı il məclis toplantısı 28 iyul 2016-cı ildə keçirilmiş və bir gündə tamamlanmışdır.
Qurd Səyid və Şura (teleserial, 2014)
Qurd Səyid və Şura (türk. Kurt Seyit ve Şura) — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur. Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az-əbcəd. آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az-əbcəd. آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin nəzdində kollegial orqan. Hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələləri müzakirə edir və müvafiq qərarlar çıxarırdı. Əsası 1919 il yanvarın 10-da qoyulmuşdu. Hərbi şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ) yaradılmışdı. Hərbi nazir və onun müavini, piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, ləvazimat və istehkamçı idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı MHŞ-nın üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik edirdi. Hərbi şuranın əsasnaməsi işlənib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiçik hərbi şura (KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırdı. Tərkibinə hərbi nazirin müavini, Ümumi qərargahın, Baş ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az-əbcəd. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının Sədri
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az-əbcəd. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
BMT Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarı
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı. Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi: (a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq; (b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq; (c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək; (ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla; (d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək (e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq; (ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq; (f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq. Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı. 757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar. Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu. Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi — 30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib. Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı. 1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün genişmiqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü. 1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar. 1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar. Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi — Şuranın 822 saylı qətnaməsini təsdiq edildikdən sonra, 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş qətnamə. Şuranın Ermənistan və Azərbaycan arasındakı pisləşən münasibətlərə dair narahatlıqlarını ifadə etmiş və Ağdam və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək, ərazilərdən tamamilə çıxarılmasını tələb etmişdir. Qətnamə atəşin dərhal dayandırılması və hərbi əməliyyatların dayandırılması tələbi ilə başlamışdır. Xüsusilə də vətəndaşlara qarşı hücumlar və məskunlaşan ərazilərin bombardmanı, regionda beynəlxalq humanitar yardım səylərinə maneəsiz girişi təmin etmək çağırışı olmuşdur. Həm də enerji, nəqliyyatın və iqtisadi əlaqələrin bu prosesin bir hissəsi kimi bərpa edilməsi və Baş katib Butros Butros-Ghali və digər beynəlxalq təşkilatlara köçürülmüş şəxslərə kömək göstərməyə çağırır. Münaqişənin sona çatması üçün səylər göstərilməsinə baxmayaraq, Şura ATƏT-in Minsk qrupunun Yan Eliasson rəhbərliyi altında fəaliyyətini təqdir edib, lakin münaqişənin öz işinə təsir etdiyini narahatlıqlarını ifadə etdi. Bu baxımdan, münaqişənin sülh yolu ilə həllinə maneə törədir və Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün tədbirlərdən çəkinməyə çağırır. Şura Ermənistan hökumətinə Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı qətnamə, Minsk Qrupunun hazırkı qətnaməsi və təklifləri ilə uyğunluğuna nail olmaq üçün öz təsirini göstərməsini xahiş etdi. Həmçinin, dövlətlərin münaqişənin intensivləşməsinə gətirib çıxara biləcək hər hansı bir silah və müharibə təmin etməkdən çəkinməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər.
BMT İnsan Hüquqları Şurası
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası (UNHRC) Birləşmiş Millətlər Təşkilatının orqanıdır və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır.Şuranın regional qrup əsasında mərhələli üç il müddətinə seçilən 47 üzvü var.Şuranın Baş-qərargahı Birləşmiş Millətlər Təşkilatının İsveçrədəki Cenevrə bölməsində yerləşir. Şura Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır - birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları,LGBT hüquqları və irqi və etnik azlıqların hüquqları. Şura Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasını (UNCHR) əvəz etmək üçün yaradılmışdır. Şura İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi (OHCHR) ilə sıx əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının xüsusi prosedurlarını həyata keçirir. Baş Assambleyanın üzvləri İnsan Hüquqları Şurasında 47 üzv seçirlər. Hər bir yerin müddəti üç ildir və heç bir üzv ardıcıl iki müddətdən artıq bir yer tuta bilməzş. Yerlər Birləşmiş Millətlər Təşkilatının regional qrupları arasında aşağıdakı kimi bölüşdürülür: Afrika üçün 13, Asiya üçün 13, Şərqi Avropa üçün altı, Latın Amerikası və Karib hövzəsi üçün səkkiz (GRULAC) və Qərbi Avropa və Digərləri Qrupu (WEOG) üçün yeddi. Əvvəlki CHR-in İqtisadi və Sosial Şura (ECOSOC) tərəfindən iştirak edənlərin və səsvermədə iştirak edənlərin əksəriyyəti tərəfindən seçilən 53 üzvü var idi. UNHRC ildə üç dəfə, mart, iyun və sentyabr aylarında müntəzəm sessiyalar keçirir. UNHRC istənilən vaxt üzv dövlətlərin üçdə birinin tələbi ilə insan hüquqlarının pozulması və fövqəladə halların həlli üçün xüsusi sessiyanın keçirilməsi barədə qərar qəbul edə bilər.
Baltik Dənizi Dövlətləri Şurası
Baltik dənizi Dövlətləri Şurası—(ingiliscə-The Council of the Baltic Sea States (CBSS)) 1991-ci ildə Almaniya və Danimarkanın təşəbbüsü ilə yaradılıb. Təşkilat 1992-ci ildə Almaniya, Norveç ,Finlandiya, Danimarka ,Polşa, İsveç ,Latviya, Rusiya, Estoniya təşəbbüsü ilə Kopenhagendə yaradılıb. 1995-ci ildə təşilata İslandiya da qoşulur . Baltik dənizi Dövlətləri şurasında əsas əməkdaşlıq beynəlxalq təhlükəsizlik, insan hüquqları, yeni demokratik institutlara dəstək, iqtisadi və texniki yardım, humanitar problemlər, səhiyyə, ətraf mühitin mühafizəsi, enerji, mədəniyyət, təhsil, turizm, informasiya, nəqliyyat sahələrinin əhatə edir.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər. Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi. Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular.
Beynəlxalq Arxivlər Şurası
Beynəlxalq Arxivlər Şurası (fr. Conseil international des archives) — 1948-ci ildə arxivlərlə əlaqəli bütün sahələrdə beynəlxalq əməkdaşlığı, tədqiqatı və inkişafı təşviq etmək üçün yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Fransanın Paris şəhərində, Fransa Milli Arxivi binasında yerləşir. Beynəlxalq Arxivlər Şurası ümumi məclis tərəfindən idarə olunur. Onun rolu dünyanın hər yerindən arxivçilər üçün regional forumlar yaratmaq və arxiv işçiləri ilə maraqlı qurumları bir araya gətirmək, konkret problemlərin həllinə nail olmaq üçün komitələr yaratmaqdır. Katiblik təşkilatın rəhbərliyinə həvalə olunmuşdur və üzvlərin öz aralarında əlaqələndirilməsinə xidmət edir. Beynəlxalq Arxivlər Şurasının missiya bəyanatında deyilir: "Beynəlxalq Arxivlər Şurası, dünya arxivi mütəxəssislərinin təmsilçiliyi ilə qeydlərin effektiv idarə olunması və dünya arxiv irsinin qorunması, qayğısı və istifadəsinə həsr olunmuşdur. Arxivlər insan fəaliyyətinin sənədli məhsuludur və bu səbəbdən demokratiyanın, fərdlərin və icmaların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin əvəzolunmaz şahididir. Altmış ildən çoxdur ki, Beynəlxalq Arxivlər Şurası dünyanın hər yerində arxiv qurumlarını və praktikantlarını birləşdirir, yaxşı arxiv idarəçiliyi və qeyd olunan mirasın fiziki qorunmasını təmin edir, nüfuzlu standartlar və ən yaxşı təcrübələr yaradır.
Beynəlxalq Hərbi İdman Şurası
Beynəlxalq Hərbi İdman Şurası və ya qısaca CİSM — dünya miqyaslı üçüncü hərbi idman təşkilatı. Hazırda özündə 137 üzv ölkəni birləşdirir. Dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir. Prezidenti Hamad Kalkaba Malboumdur. Qurum 18 fevral 1948-ci ildə Fransada yaradılmışdır. İlk təsisçiləri Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri olmuşdur. Qısa zaman ərzində öz fəaliyyətini genişləndirmiş və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınmışdır. Məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Beynəlxalq Muzeylər Şurası
Beynəlxalq Muzeylər Şurası — (ing. International Council of Museums, ing. ICOM) 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdı. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir. Nizamnaməyə əsasən, ICOM-un məqsəd və vəzifələri aşağıdakılardır: bütün dünyada muzey işinin inkişafının təşviqi; mirasın qorunması və mədəni mülkiyyətdə qanunsuz ticarətlə mübarizə; muzey işçilərin təlimi və peşəkar standartlarına uyğun təkmilləşdirilməsi; muzey və muzey işçilərinə kömək göstərilməsi; muzey təşkilatları və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın qurulması. 1946-cı ildə təsis edilmiş ICOM, UNESCO ilə rəsmi əlaqələri davam etdirən və Birləşmiş Millətlər Təşkilatıının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan qeyri-hökumət təşkilatıdır. ICOM həmçinin, beynəlxalq mülki xidmət missiyalarının yerinə yetirilməsi məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, INTERPOL və Ümümdünya Gömrük Təşkilatı kimi təşkilatlarla əməkdaşlıq edir. Mədəni əmlakın qanunsuz dövriyyəsi ilə mübarizə və təbii və ya texnogen fəlakətlər zamanı dünya mədəni irsinin qorunması üçün risklərin idarə edilməsinə və fövqəladə hallara hazırlığa kömək etmək ICOM-un missiyasına daxildir. ICOM 1986-cı ildə muzeylər üçün ICOM Etik davranış kodeksi qəbul etdi və təşkilatın bütün üzvlərinə riayət etməsi lazım olan təcrübə standartlarını təyin etdi.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurası
Birləşmiş Millətlər Təşkilatının Qəyyumluq Şurası (fr. Conseil de tutelle des Nations unies) — Birləşmiş Millətlər Təşkilatının beynəlxalq qəyyumluq sisteminə daxil olan Etibar Bölgələrinin rəhbərliyinə nəzarət etmək üçün qurulmuş əsas orqanlarından biridir. 11 qəyyumluq bölgəsi müstəqillik qazandıqdan sonra Qəyyumluq Şurası 1 noyabr 1994-cü ildə fəaliyyətini dayandırdı, ən son 1 oktyabr 1994-cü ildə Palau oldu. Bundan sonra Kofi Annan bu BMT qurumuna kollektiv ətraf mühitin qorunması forumu olmağı təklif etdi. Qəyyumluq Şurası, yeddi üzv dövlət tərəfindən idarə olunan 11 etibar bölgəsinə beynəlxalq nəzarəti təmin etmək və hökumətlərinin bu əraziləri öz-özünə idarə etmə və ya müstəqillik üçün hazırlamaq üçün lazımi səyləri göstərmələrini təmin etmək üçün qurulmuşdur. 1994-cü ilə qədər bütün Etibar Bölgeleri ya müstəqil dövlətlər olaraq ya da qonşu müstəqil dövlətlərə qoşulmaqla özünüidarəyə keçdi və ya müstəqil oldu. Özünüidarəetməyə son olaraq Birləşmiş Ştatların nəzarəti altında olan və BMT-nin 185-ci üzv dövləti olan Pasifik Adalarının Etibar Bölgəsi (Palau) gəldi. Qəyyumluq Şurasının işi tamamlandığından, hazırda Təhlükəsizlik Şurasının beş daimi üzvü var. İclas qaydalarına müvafiq olaraq dəyişiklik edilmişdir ki, iclaslarını yalnız şərtlər tələb edə biləcəyi hallarda keçirə bilsin. Qalan son Birləşmiş Millətlər Təşkilatının Etibar Bölgəsi olan Palau, 1 oktyabr 1994-cü ildə müstəqil olduqdan sonra Qəyyumluq Şurası 1 Noyabr 1994-cü ildə işini dayandırdı.
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Tura
Tura - türk, çuvaş və altay inancında tanrı, Rəbb mənalarına gəlir. Türə və ya Turı da deyilir. Türk xalq inancındakı və türk tarixindəki özünə xas bir tək tanrı inancıdır. İslamdakı Allah inancı ilə böyük nisbətdə üst-üstə düşən bir anlayışdır. Təkdir. Hər şey ona bağlıdır. Hər şeyə hökm edər. Şəriki yoxdur. Çuvaşçada iştirak edər. Digər türk-monqol dillərində Tanrı anlayışına heç bir zaman təklik daxil edilmir.
Yura
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Aura
Aura (q.yun. αὔρα — yüngül meh, üfürük) ("parsial" (fokus, genişlənməmiş) epileptik tutma) — müntəzəm olaraq epileptik tutmadan əvvəl baş verən və ya müstəqil tutma olan hər hansı hiss və ya təcrübə. Bu epilepsiyanın əlamətidir. "Aura" sözü yunan mənşəli olub "əsmə" mənasını bildirir və insanın fiziki bədənini əhatə edən enerji informasiya sahəsini əks etdirir. Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalandırır. Məşhur rusiyalı bir psixoloqun fikrincə, insan aurasının fərdi xüsusiyyətləri onun forması, ölçüsü, sıxlığı, rəng palitrası müəyyən insanın səviyyəsindən asılıdır. Aura insan bədənini əhatə edən bir oval yaradır. İnsan psixoloji cəhətdən sabit və eyni zamanda enerji və güc ilə tam təmin olunanda auranın forması harmoniya təşkil edir. Nə qədər ki, daxili aləm sabit deyil bir o qədər aura simmetrik olmayacaq. İnsanın şəxsiyyətinin güclü olmasını bildirir.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şuəra
26-cı surə
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ")) Sonra bu nida Qərbdə "Hurray!" — a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Yura, Yura sistemi (Dövr)
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bayat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bayat kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Qızılbaşlar tarixi. Bakı, 1995.
Bazarbaşı (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür.
Divanxana (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür.
Nura Suri
Aynurə Qəzənfər qızı və ya tanınan adı ilə Nura Suri (15 aprel 1976, Bakı) — Azərbaycanlı estrada müğənnsi. Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları - "Əlini çək" bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb.
Sura çayı
Sura (çuvaş Сăр, d.mari Шур, erz. Сура лей) — Rusiya ərazisindən axan, Volqa çayının sağ qolunu təşkil edən çay. Rusiyanın Ulyanovsk, Pemza və Nijeqorod vilayətləri, Mordoviya, Mari El və Çuvaşiya əraxilərindən keçir. Çayın uzunuluğu 841 km, hövzəsinin sahəsi 67,5 min. km² təşkil edir. Ulyanov vilayətinin Prilov yüksəkliklərindən başlanğıcını götürür. Əvvəlcı qərbə sonradan isə şimala irtiqamətlənir. Su təminatında istifadə edilir. Sahilində ən böyük şəhər Pemzadır. Sahillərində Sursk, Alayır, Yadrin və Şumerya kimi şəhərlər belə vardır.
Sura İsgəndərli
Sura İsgəndərli (17 dekabr 1994, Bakı) — Azərbaycan əsilli türk müğənnisi və bəstəkardır. İngilis dili müəllimliyini oxuyub bitirən Sura musiqi ilə maraqlanmağa universitet illərində başlayıb. Şeir yazmağa kiçik yaşlarında başladığına görə qısa zaman ərzində müəllifi özü olduğu söz və bəstələri ilə böyük bir kütləyə tanınıb. Bir More Yak və Yaram Dərindən mahnıları sənətçi üçün dönüş nöqtəsi olub. 2019-cu ildə sənətçinin Bir More Yak adlı sinqlı Altın Kelebek Mükafatlarında İlin Mahnısı kateqoriyasında namizəd oldu. 2020-ci ilin fevral ayında, 4-cü Musiqi Ulduzlarında Ən Yaxşı Pop Musiqi Artisti kateqoriyasında mükafat qazandı.
Sara
Sara (film, 1992)
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Surra
Yaşayış məntəqələri Azərbaycanda Surra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd. Oxşar toponimlər Aşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.