pleksiqlas
plenar
OBASTAN VİKİ
Pleksit
Pleksit — Onurğa beyni sinirləri kələfinin xəstəliyidir. Pleksitin səbəbi travmalar, infeksion xəstəliklər, onurğa xəstəlikləri və s. ola bilər. Boyun pleksiti zamanı boyunun dərin əzələlərinin iflici, ənsə nahiyəsində ağrı olur. Xəstəlik kəskin davam edir. Bazu pleksiti zamanı çiyin və yuxarı ət­raf əzələləri birlikdə prosesə cəlb olunur, körpücükaltı və körpücüküstü nahiyələr ağrılı olur, ağrı yuxarı ətrafa da vurur və süst-atrofik iflic baş verir. Yuxarı ətrafların hərəkəti məhdudlaşır. Xəstəlik əksər hallarda 2-3 ay müddətində sağalma ilə nəticələnir, bəzən isə yuxarı ətrafın periferik iflici sabit qalır. Bel-oma pleksitinin klinik əlamətləri bel nahiyəsində olan ağrılardan iba­rətdir. Ağrılar bud və oturaq sinirlə­ri boyunca yayılıb, hissi pozğunluqlar verir.