polimorf

polimorf
polimolekulyar
polimorfik
OBASTAN VİKİ
Polimorf marşansiya
Polimorf marşansiya (lat. Marchantia polymorpha) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinin marşansiyakimilər fəsiləsinin marşansiya cinsinə aid bitki növü. Bu bitki başqa bitkilərlə rəqabətdən kənar olaraq əsasən rütubətli yerlərdə, yanğın baş vermiş ərazilərdə, daşların üzərində inkişaf edir. Polimorf marşansiya 15-20 sm uzunluğunda olub, lentşəkilli, dixotomik (haçavari) budaqlanmışdır. Tallomunun orta hissəsindən qalınlaşmış damar keçir, alt tərəfindən isə rizoidlə sıx örtülü olur. Tallomun üst hissəsi epidermis ilə örtülü olur, onun altında isə rombşəkilli hava kameraları yerləşir. Kameralar rəngsiz bir qat arakəsmə ilə ayrılırlar. Hər kameranın üst tərəfində dəlik vardır ki, o da 4 cərgədə düzülmüş 12 hüceyrə ilə əhatə olunmuşdur. Bu hüceyrələr həmin dəliyin diametrini tənzimləyə bilmədiyindən ağızcıqlar həmişə açıq qalır və qaz mübadiləsini həyata keçirir. Hava kameralarının alt tərəfində çox qatlı, əsasən nişasta tərkibli toxuma yerləşir.

Digər lüğətlərdə