punşlu
puplaşma
OBASTAN VİKİ
19 Puppis
19 Puppis, Yeni Baş Kataloqda qeydə alınmış ulduzdur. Göy üzündə Göyərtə bürcü istiqamətində yerləşir. * tipli qalaktikadır. İngilis astronomu Con Herşel tərəfindən 1836-cı ildə 47.5 sm (18.7 inç) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi. Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır.
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə "The Age of the Understatement" adlı debüt albomunu buraxıb. Onlar 2016-cı ildə uzun bir fasilədən sonra geri qayıdaraq ikinci albomları olan "Everything You've Come to Expect"-i yayımlayıblar. 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş üzvü Ceyms Fordla albom yazdıqlarını bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in canlı çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişlənmişdir, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəlib. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.

Digər lüğətlərdə