QƏDİM

s. ancient, old; antique; ~ ədəbiyyat / incəsənət ancient literature / art; ~ dillər ancient languages; ~ şəhərlər ancient cities; ~ abidələr ancient monuments; ~ ənənələr ancient traditions; ~ adətlər ancient customs; ~ tarix ancient history; ~ ingilis / rus / Azərbaycan dili old English / Russian / Azerbaijani; ~ zamanlarda / vaxtlarda / əyyamda in ancient / old times

QƏDƏRSİZ
QƏDİMDƏ
OBASTAN VİKİ
Şəki (qədim)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Qədim Gəncə
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir. Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir.
Qədim Havana
Qədim Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Qədim Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Qədim Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Qədim Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Qədim Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Qədim Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Qədim Larsa
== Tarixi == III minilliyin sonunda III Ur dövlətinin dağılmasından sonra (təqribən 2112–2004) hökmdarlar Cənubi Mesopotamiyada ayrı-ayrı şəhərlərə nəzərati ələ aldılar ve yerli sülalələr meydana gəldi. İkinci minilliyin əvvəllərində bu yerli padşahlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İsin, Larsa və sonra Babildəki hökmdarların sülalələri, ardıcıl olaraq Cənubi Mesopotamiyanın böyük hissələrini nəzarət altına aldı. Bu şəhərlər adlarını müasir xronoloji dövrlərə verdilər:İsin-Larsa dövrü(e.ə 2004–1763) və Köhnə Babil dövrü(e.ə 1894–1595). Larsa günəş tanrısı Utu Kultunun mərkəzi olan Qədim Şumerin vacib bir şəhəri idi. İraqın Zi Qar valisindəki Urukdan 25 km cənub-şərqdə, Şell en-Nil kanalının şərq sahili yaxınlığında Tell-as Senkereh və ya Sankarah qəsəbəsi yerindədir. Şumer kral siyahısına görə Larsa əfsanəvi antililuvian dövründə ''krallığı həyata keçirən'' beş şəhərdən biri idi. Tarixi ''Larsa'' onu imperatorluğuna birləşdirən Laqaşın Eannatumun dövründən əvvəl mövcud idi. İsin-Larsa dövründə şəhər siyasi bir qüvvəyə çevrildi. Hər şəhərin hökmranlığını möhkəmləndirdiyi dövrdə İsin və Larsa bir əsrdən çoxdur silahlı bitərəflik şəraitində yaşayırlar.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünür: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Qədim Mustafayev
Qədim İbrahimxəlil oğlu Mustafayev - Qazax rayonu Partiya Komitəsinin birinci katibi. Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Haqqında == Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir. ADU-nun “Elmi ateizmin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur. 1961-63 illərdə Gədəbəy və Qazax rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim Qala
Qədimqala (Şəmkir)
Qədim Qəbələ
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Qədim Rauma
Qədim Rauma (fin Vanha Rauma, isv. Gamla Raumo) Rauma, Finlandiyanın taxta şəhər mərkəzidir. 1991-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mirası olaraq siyahıya alındı. Keçmiş Rauma təxminən 0.3 km² bir ərazini əhatə edirdi. Demək olar ki, təxminən 600 bina və 800 əhalisi var idi. Köhnə Rauma xaricində Rauma şəhəri yalnız 19-cu əsrin əvvəllərində genişlənmişdir. Ən qədim binalar 18-ci əsrə aid olsa da, 1640 və 1682-ci illərdə iki yanğın qəsəbələri məhv etdi. Əksər binalar yalnız yaşayış məqsədləri üçün istifadə olunsa da, şəhərin mərkəzindəki əsas küçə boyunca düzülmüş binaların əksəriyyəti iş mərkəzləri kimi istifadə olunur. Şəhərin diqqətəlayiq yerləri arasında Kirsti evi, 18-19-cu əsrlərdən bir dənizçinin evi və 18-ci əsrə aid olan, lakin 19-cu əsrə aid fasadı olan muzeyə məxsus gəmi sahibi olan Marela evi də var. Digər turistik yerlərə köhnə Rauma nadir daş binaları daxildir: 15-ci əsrdən köhnə bir Françiskan monastırı, Müqəddəs Xaç Kilsəsi və 1776-cı ildən köhnə bələdiyyə binası.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Qədim Roma
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə.
Qədim Tbilisi
Qədim Tbilisi və ya Qədim şəhər (gürc. ძველი თბილისი) — Gürcüstanda yerləşən inzibati rayon — Tbilisi şəhərinin tarixi mərkəzi. Şəhərin cənub-şərq hissəsində yerləşir. Müxtəlif mənbələrə görə, ərazinin sərhədləri XII əsrdə Qədim Tbilisi ərazisi , şəhərin köhnə qala divarı içərisində, Puşkin-Barataşvili küçəsi boyunca Kür və Sololaki yamacına, o cümlədən kükürd banyolarına (Abanotubani) və Gürcüstanın birləşdirilməsindən əvvəl şəhərin Xarpuxi ərazisində göstərilmişdir (1801). Bu rayonda küçələr əyri, dar, binalar isə orta əsr binalarının xüsusiyyətlərini qoruyur. Memarlıq abidələri Qədim Tbilisidə yığılmışdır, hətta V əsrin binaları da burada mövcuddur, lakin rayonda XIX əsrin binaları üstünlük təşkil edir. Rayonda XIX-XVII əsrlərdə başa çatan Narikala qalasının qalıqları, aşağı qala divarlarının qalıqları, Ançisxati bazilikası (6-cı əsr) və Metekxi (təq, 5-ci əsr) qədim kilsələri, Sioni Kilsəsi və Çar Rostomun hamamları burada yerləşir. Memarlıq abidələrinin bəziləri Dünya Abidələr Fondunun təhlükəsizlik siyahısına daxil edilmişdir. == Tarixi == "Qədim Tbilisi" termini uzun müddət şəhərin tarixi hissəsinə istinad etməklə istifadə olunsa da, bu adı ilə inzibati rayon yalnız 2007-ci ildə paytaxtın dörd inzibati-ərazi bölgəsinin Mtatsminda-Krtsanisi, İsani-Samqori, Didube-Çuğureti və Vake-Saburtalo, daha əvvəl şəhərin digər sahələrinə daxil edilmişdir. Uzun müddətdir ki, qədim şəhər Kür çayından Sololaki dağ silsiləsinin ətəyinə qədər qala divarı ilə əhatə olunmuşdur.
Qədim Xəlilov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qədim Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.
Qədim uyğurlar
Qədim uyğurlar (veyhu, xoyxu, Oyxor) — Mərkəzi Asiya türk xalqlarının etnopolitik tarixində əhəmiyyətli rol oynayan ən böyük orta əsr türk etnik qruplarından biridir. == Tarixi == Yazılı mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq qədim uyğurların tarixi təxminən min il müddətinə: IV əsrdə "qaoçe"-"telelər" tayfalar birliyinin beynəlxalq arenaya çıxdığı andan başlayaraq, XIII-XV əsrlərə qədər, qədim uyğurların nəhayət Novouygur və ya Şərqi Türkistannın müasir Uyğur etnosu və Qansu əyalətinin Sarı uyğurları izlənilmişdir. Bu dövrdən əvvəlki dövrdə, yəni IV əsrdən əvvəlki tarixlərdə proto-uyğur tayfalarının tarixi həyatının qurulmasına rəvac vermir, lakin onun Hunların qəbilə birliyi ilə birbaşa əlaqəli olduğu məlumdur. Qədim Çin tarixi yazılı mınbılərində qədim uyğurların hun və dinlin türk xalqları köklərindən gəldikləri barədə məlumatlar var. Oyxorların mənşəyi e.ə.III əsrdə Baykal gölü ətrafında məskunlaşmış köçəri dinlin xalqına gedib çıxır. V əsrdə dinlinlər tarixi arenada yenidən ortaya çıxdı, o vaxtdan etibarən cəsədlər adlandırıldılar. Erkən Tan sülaləsi salnamələrində qədim uyğurlara xueyxelər deyilirdi. IV əsrə qədər qədim uyğur tayfaları "xueyqu" adlanmağa başladı. 840-cı ildə Syaclar (Yenisey qırğızları) Xueyqu ölkəsini fəth etdilər və Uyğur xaqanlığının əhalisinin bir hissəsi tədricən köçəri həyat tərzindən oturaq həyat tərzinə keçərək Tarım hövzəsinin yerli əhalisi ilə birləşərək Şərqi Türkistana köçdülər - Xan sülaləsindən bəri qərb ərazilərinə köçərən çinlilər, Xotan, Şule və Kuça sakinləri ilə birgə yaşadılar. Qədim Uyğur tayfalarının tarixində üç əsas dövr vardır: Monqolustanda və Cunqariyada dövlət quruluşları dövrü (IV-VI əsrlərdəki köçəri tayfaların birlikləri).
Qədim Çenqçou
Çjençjou (çin. ənən. 鄭州, sadə. 郑州, pinyin: Zhèngzhōu) — Çin Xalq Respublikasının Xenan vilayətində şəhər dairəsi, vilayətin inzibati mərkəzi == Tarixi == Çinin şərq-mərkəzi hissəsindəki Henan əyalətindəki Müasir Çençou, Şan sülaləsinin qurucusu Bo King Tang'ın krallıq paytaxtıdır. 605-ci ildə ilk dəfə Çençou adlandı.. Erkən Şan sülaləsi dövründə, həmçinin Erligan mədəniyyəti olaraq da bilinən, 61.77 hektar ərazini əhatə edən ən böyük divarlı şəhər idi. Ətrafı təxminən 4 mil olan nəhəng şəhər divarı 741 hektardan çox ərazini əhatə edirdi. şəhərin çox hissəsini təşkil edən kral saraylarını əhatə edirdi. Arxeoloqlar şəhərin şimal-şərqində 15 dönümdən çox ərazini əhatə edən bir sarayın təməllərini kəşf etdilər. Şəhərdə ayrıca yaşayış məhəllələri, əkinçilik qəsəbələri, qəbiristanlıqlar və bir çox emalatxanalar var idi.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Qədim şəhər
Qədim şəhər (Bakı)
Qədim Əhmədov
Qədim Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948–1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951–1953-cü illərdə İmişli RİK-də şöbə müdirü, 1953–1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955–1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956–1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961–1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır. 1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969–1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə (6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır. 1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.
Qədim azərbaycanca
Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü. == Tarixi == Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir. Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür. Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm. == Əlifba == == Qalareya == == İstinadlar == == Ədəbiyyat == Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018.
Tərtər çayı üzərində qədim körpü
Tərtər çayı üzərində qədim körpü — Azərbaycanın Bərdə şəhəri ərazisində yerləşən VI–VII əsrlərə aid körpü. == Tarixi == Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur. Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub. Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb. İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib.
Təzəkənd-i Qədim (Pərsabad)
Təzəkənd-i Qədim (fars. تازه كندقديم‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,054 nəfər yaşayır (416 ailə).
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. == Həyatı == Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. == İlk illər və yaradıcılığı == İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. == Vəfatı == 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Xanə-i Bərq-i Qədim (Bünab)
Xanə-i Bərq-i Qədim (fars. خانه برق قديم‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.309 nəfər yaşayır (337 ailə).
Xumar Qədimova
Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). == Həyatı == Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Xəzinəanbar-i Qədim (Qoşaçay)
Xəzinəanbar-i Qədim (fars. خزينه انبارقديم‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 427 nəfər yaşayır (91 ailə).
Yuzef Qədimov
Yuzef İslam oğlu Qədimov — "Azərbaycan Respublikasının əməkdar memarı", Əməkdar mühəndis və memar, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü. == Həyatı == Yuzef Qədimov 1928-ci ildə anadan olub. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirib. Həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləyib. 1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun baş memarı işləyib. Bu müddətdə Y. Qədimov H. Əliyev adına İdman-Konsert Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" stansiyasının layihə müəllifi və memarı olub. Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub. Yuzef İslam oğlu Qədimov 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür. Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.
Zanqar qədim yaşayış məntəqəsi
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Zaur Qədimbəyov
Qədimbəyov Zaur Kamal oğlu — jurnalist. == Həyatı == Görkəmli jurnalist Zaur Qədimbəyov 1938-ci ildə Bakıda anadan olub. Jurnalist fəaliyyətinə "Fizkulturnik Azerbaydjana" qəzetində məşğul olmağa başlayıb, sonralar o "Molodyoj Azerbaydjana" və "Vışka" qəzetlərinin xüsusi müxbiri, "İzvestiya" qəzetini Azərbaycanda xüsusi müxbiri, "Pravda" qəzetinin Azərbaycanda xüsusi nümayəndəsi, 1999-cu ildən isə "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru işləyib. Zaur Qədimbəyov həmçinin Türkiyə haqqında "Asiya ilə Avropa burada görüşür" kitabın müəllifidir və o, bu əsərə görə "Qızıl qələm" mükafatına layiq görülüb.
Zülfü Qədimov
Ölülər kitabı (Qədim Misir)
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbirüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Örənqala (qədim şəhər)
Örənqala — V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir. == Örənqalada arxeoloji qazıntılar == Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ. İ. Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi.
Örənqala (qədim şəhər yeri)
Örənqala — V–XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir. == Örənqalada arxeoloji qazıntılar == Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ. İ. Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi.
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. == Həyatı == İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İbrahim bəy Qədimov
İbrahim bəy Qədimov — Naxçıvanda qəza rəisi (1908) 1918-ci ildə qəza komissarı olmuşdur. Polkovnik == Həyatı == İbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır. Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.
İlahə Qədimova
İlahə Akif qızı Qədimova (doğ. 5 noyabr 1975, Gəncə, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (1994), FİDE hakimi (2016). SSRİ çempionu (1991) və 18 yaşa qədər qızlar arasında ikiqat dünya çempionu (1992, 1993). Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində milli komandalar arası Avropa çempionatının bürünc mükafatçısı (1992). 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb. == Şahmat karyerası == Qədimova 1975-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə 18 yaşa qədər qızlar arasında şahmat üzrə dünya çempionatında qalib olub, 1993-cü ildə 18 yaşlı qızlar kateqoriyasında ikinci dəfə dünya çempionu olub. 1994-cü ildə İlahəyə qadınlar arasında beynəlxalq qrosmeyster adı verilib 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində iki Şahmat Olimpiadasının (1992, 1994) və üç milli komandalar arası Avropa çempionatının (1992, 1997, 2007) iştirakçısı olub. 2006-cı ildə Belçikanın Eypen şəhərində dairəvi sistemlə keçirilmiş beynəlxalq turnirin bürünc mükafatını qazanıb.
İncə-i Qədim (Şot)
İncə-i Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İnçə-i Qədim
İncə-i Qədim (fars. اينچه قديم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 459 nəfər yaşayır (93 ailə).
İslam Qədimov
İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri. == Həyatı == İslam Şirin oğlu Qədimov 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra Leninqrad Politexnik İnstitutuna qəbul olunmuşdur və 1930-cu ildə institutu tamamlamışdır. Həmin il Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının əsaslı tikinti trestinə rəis təyin edilmişdir. Sonra isə komissarlığın plan-iqtisad idarəsinə rəis dəyişilmiş və 1941-ci ilədək bu idarədə çalışmışdır. 1932-ci ildə eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdir. İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü ilədək II Dünya müharibəsində iştirak etmişdir. Leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmiş və bir çox döyüş nişanları ilə təltif edilmiş və 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan tərxis olunmuşdur. İslam Qədimov Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı təyin edilmişdir.
İslamabad-i Qədim (Pərsabad)
İslamabad-i Qədim (fars. اسلام ابادقديم‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,069 nəfər yaşayır (629 ailə).
Şabran (qədim şəhər)
Şabran — V-XVIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri, Məsqətin və Şirvanın mərkəzi. == Tarixi == Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir. Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığındadır. Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır. Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi. Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. Şəbəran (Şaburan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində yerləşirdi. Şəbəran şəhərinin qalıqları və xarabalıqları indiki Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndindən azca aralı aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər.
Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
Şirvan (qədim şəhər)
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Şərur yaşayış yeri (Qədim dövr)
Şərur yаşаyış yеri — Аntik dövr аbidəsidir. Şərur ilk dəfə V əsr mənbəsində е.ə. II əsrə аid hаdisələrdən dаnışılаrkən хаtırlаnmışdır. Şərur yаşаyış məskəni kimi həmçinin «Kitаbi Dədə Qоrqud» dаstаnındа «Şаruk» kimi хаtırlаnmışdır. Şərur yаşаyış yеri hаzırdа müаsir tikintilərlə örtüldüyündən burаdа аrхеоlоji tədqiqаt işləri аpаrılmаmış və yаşаyış yеrinin tаriхi kifаyət qədər аydınlаşdırılmаmışdır.

Значение слова в других словарях