qəsd
qəsdən
OBASTAN VİKİ
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Qəsd (1990)
Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri... Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev Operator: Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sui-qəsd
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. İzahlı lüğətlərdə, "gizlincə qəsd etmək", "qaçırmaq" və "pisliyə cəhd" kimi izah olunur.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Qəsd (film, 1990)
Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri... Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev Operator: Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Siyasi sui-qəsd
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. İzahlı lüğətlərdə, "gizlincə qəsd etmək", "qaçırmaq" və "pisliyə cəhd" kimi izah olunur.
Sui-qəsd nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sultan Əbdülhəmidə sui-qəsd
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Yorisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.
Şinzo Abeyə sui-qəsd
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır. Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb.
Sui-qəsd sinfi: Məzuniyyət
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır. Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir. Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur. Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır. 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.
Sui-qəsd sinfi (film)
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır. Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir. Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır. Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
20 iyul sui-qəsd cəhdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
Eramızın əzəlində sui-qəsd (roman)
Sui-qəsd sinfi (film, 2015)
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır. Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir. Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır. Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.
İmran Xana sui-qəsd cəhdi
Əcəvitə edilən sui-qəsd cəhdləri
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.