“QAPALI CƏMİYYƏT”

İngilis filosofu Karl Popper tərəfindən işlənilib-hazırlanmış anlayış. Qapalılıq ideyası izolyasionizmə müvafiq irəli sürülmüşdür və sosial strukturun yenilikləri (modernizasiyanı) yox dərəcədə çətin qəbul etməsini, inkişafın ilkin mərhələlərində donub qalmasını, cəmiyyətin son dərəcədə konservativ mövqedə olmasını və s. nəzərdə tutur. “Q.C.”-lər qeyri-demokratik siyasi-hüquqi rejimli dövlətlər üçün səciyyəvidir, lakin burada qapalılıq yalnız sərt inzibati idarəçilik metodlar ilə tətbiq olunmur, bu qapalılıq cəmiyyətin maraq, mövqe və baxışlarından irəli gəlir. Bununla yanaşı, sivilizasiyanın inkişafı - Popperə görə “Q.C.”-lərdən - “açıq cəmiyyət” sistemi istiqamətində gedir.
QANUNVERİCİ HAKİMİYYƏT
QARIŞIQ İDARƏETMƏ FORMASI
OBASTAN VİKİ
Cəmiyyət
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər, səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (закрытые административно-территориальные образования zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca ЗАТО ZATO).
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir. Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti. Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Açıq Cəmiyyət
Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və ya mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, yəni əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir. Popper tərəfindən verilən tərifə görə, açıq cəmiyyət həqiqət üzərində heç kimin monopoliyasının tanınmadığı, fərqli insanların fərqli baxış və maraqlara malik ola bilməsinin qəbul edildiyi və bütün insanların sülh şəraitində yaşaya bilməsi üçün hakimiyyət institutlarının hamının hüquqlarını bərabər qoruduğu ictimai modeldir. Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, bu ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib, ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəkildə baş verir və, buna görə də, cəmiyyətin deqradasiyası ilə nəticələnirsə, əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə mütabiqdir; Ən optimal variantın axtarılıb tapılması zamanı məhdud qrupun intellekt potensialına söykənən qapalı cəmiyyətdə çeşidli götür-qoy imkanının mövcud olmaması səbəbindən, burada "təsadüfi" qərarların qəbul edilməsi ehtimalı maksimumdursa, əksinə, çoxsaylı variantların generasiyası və inteqrasiyasına hüdudsuz imkanların mövcud olduğu, hər şeyin yüz ölçülüb, bir biçildiyi açıq cəmiyyətdə belə risk minimumdur; Qapalı modeldə inkişaf yalnız xarici rəqabət tərəfindən birtərəfli stimullaşdırılırsa, açıq cəmiyyətdə daxili rəqabət də, daxil olmaqla, bu cür stimul ikitərəflidir; Monoton qapalı cəmiyyətdən fərqli olaraq, rəngarəng açıq cəmiyyətdə hər kəsin öz tələbatlarını (zövqünü, marağını, ehtiyacını…) ödəməsi üçün seçim imkanı, təkliflər assortimenti ifrat böyükdür; Qapalı modeldə hər kəsin öz əqidə və marağını reallaşdırması üçün vasitələri həddən artıq məhduddursa (cəmiyyətdən təcrid olmaq və ya onu tərk etmək kimi variantlar çərçivəsində), açıq cəmiyyətdə belə vasitələr hüdudsuzdur (mətbu müzakirəsi açmaqdan tutmuş, mitinq, nümayiş, boykot və s. qədər); Qapalı modeldə bütün hallarda konkret azlığın marağı ilə hesablaşılırsa, açıq cəmiyyətdə ədalət prinsipinə uyğun olaraq, həmişə əksəriyyətin marağının təmin olunması ön planda durur; İnersial qapalı cəmiyyətlə müqayisədə çevik açıq cəmiyyət xarici embarqolara qarşı daha dözümlüdür.
Cəmiyyət (Xocavənd)
Cəmiyyət (əvvəlki adı: Ninki) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Ninki kəndi Cəmiyyət kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmiyyət kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərəb dilində "birlik", "camaat", "yığın" deməkdir. Cəmiyyət kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Cəmiyyət Mühəndisliyi
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Cəmiyyət adaları
Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü. Sahəsi 1,6 min km2 . Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir. İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında).
Qlobal cəmiyyət
Qlobal cəmiyyət — "Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır. XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar: Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya. Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Virtual cəmiyyət
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
Əlincə (cəmiyyət)
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Dövlətsiz cəmiyyət
Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət. Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər. Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq. Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir. Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır. Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq. Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.
Farslaşmış cəmiyyət
Farslaşmış cəmiyyət (ing. Persianate) — fars dili və ədəbiyyatı, İran mədəniyyəti, incəsənəti və/yaxud kimliyinə əsaslanan və ya ondan güclü şəkildə təsirlənən cəmiyyət. "Persianate" termini Marşall Qudvin Simms Hocson tərəfindən yaradılmış bir neologizmdir. O, 1974-cü ildə yazdığı "The Venture of Islam: The expansion of Islam in the Middle Periods" kitabında bunu belə müəyyənləşdirmişdir: "Fars dilinin yüksəlişi sırf ədəbi nəticələrdən daha çox idi: Bu, islam dünyasında yeni ümumi mədəni oriyentasiya daşımağa xidmət etmişdir…. Müsəlmanlar arasında sonradan yaranan yüksək mədəniyyətə malik daha çox yerli dillərin əksəriyyəti… əsas ədəbi ilhamları üçün tamamilə və ya qismən fars dilindən asılı qalmışdı. Biz fars dilində daşınan və ya farscadan alınmış ilhamı əks etdirən bütün bu mədəni ənənələri genişləndirməklə "Persianate" adlandıra bilərik". Termin etnik farsları, həm də əsasən etnik cəhətdən qeyri-fars olan, lakin linqvistik, maddi və ya bədii mədəni fəaliyyətləri fars mədəniyyətindən təsirlənmiş və ya ona əsaslanmış cəmiyyətləri nəzərdə tutur. XIX əsrdən əvvəlki farslaşmış cəmiyyətlərə misal olaraq Səlcuqilər, Teymurilər, Moğollar, və Osmanlı sülalələrini göstərmək olar.
Nağdsız cəmiyyət
Nağdsız cəmiyyət — maliyyə əməliyyatlarının fiziki əskinaslar və ya sikkələr şəklində pulla deyil, əməliyyat iştirakçıları arasında rəqəmsal məlumatların (adətən pulun elektron təqdimatı) ötürülməsi yolu ilə həyata keçirildiyi iqtisadiyyat vəziyyəti. Nağdsız cəmiyyətlər barter və digər nağdsız mübadilə üsullarından yaranmışdır. XX əsrin sonu və XXI əsrin əvvəllərində kredit kartları, debet kartları, mobil ödənişlər və bitkoin kimi rəqəmsal valyutalardan istifadə etməklə nağdsız əməliyyatlar mümkün oldu. Dünyanın bir çox ölkələrində ticarət və investisiyalarda rəqəmsal uçot, idarəetmə və mübadilə üsullarından istifadənin artması, habelə nağd puldan istifadə edilən əməliyyatların yerdəyişməsi, onların əməliyyatlarla əvəzlənməsi ilə əlaqədar nağdsız cəmiyyət konsepsiyası elektron formada geniş müzakirə olunub. Bəzi ölkələr indi nağd puldan istifadə edilən əməliyyatlara və əməliyyatların məbləğinə məhdudiyyətlər qoyur. Gündəlik həyatda nağdsız əməliyyatların və hesablaşmaların tətbiqi tendensiyası 1990-cı illərdə, elektron bankçılığın adi hal alması ilə başladı. 2010-cu illərdə PayPal, rəqəmsal pul kisəsi sistemləri, Apple Pay, elektron kart və ya smartfonla kontaktsız və NFC ödənişləri və elektron hesablar kimi rəqəmsal ödəniş üsulları bir çox ölkədə geniş yayılmışdı. 2020-ci illərə qədər əməliyyatlarda külli miqdarda nağd puldan istifadə qismən onların çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadəsi ilə bağlı yaranan şübhələrə görə azalıb. Bəzi satıcılar və pərakəndə satıcılar nağd ödənişlərə o qədər məhdudiyyət qoyurlar ki, onlar öz hərəkətləri üçün “nağd pulla müharibə” ifadəsini işlədirlər. 2016-cı ildə ABŞ istehlak bazarı sorğusuna əsasən, respondentlərin 75%-i ödəniş üsulu kimi kredit və ya debet kartına üstünlük verdiyi halda, respondentlərin yalnız 11%-i nağd pula üstünlük verib.
İnklüziv cəmiyyət
İnklüziv cəmiyyət - sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, seksual oriyentasiyasından, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən, immiqrasiya statusundan və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərd və qruplara cəmiyyətə giriş və tam iştirak imkanı verir. İnklüziv cəmiyyətlərə doğru hərəkat mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkişafına mane olan məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkar edilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatan olmaması və s. daxildir. Xüsusilə əlilliyi olan şəxslərin təhsilə çıxışı çox zaman qapalı qalır. İnklüzivlik əlilliyi olan şəxslərin gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların əlil olmayan həmyaşıdlarına bənzər şəkildə resurslar və imkanlara çıxışının təmin edilməsi kimi müəyyən edilir. Başqa sözlə inklüziv cəmiyyət fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edilir. Bu inkişafyönümlülük, təhsil, iş, könüllülük və başqa formalarda ola bilər. Sosial müdafiənin genişləndirilməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün davamlı inkişaf məqsədlərinə çatmaq üçün zəruridir.
Ekonometrik Cəmiyyət
Ekonometrik Cəmiyyət — 1930-cu ildə Raqnar Friş, İrvinq Fişer və Çarlz Rusun təşəbbüsü ilə yaradılan Beynəlxalq İqtisadçılar İttifaqı: “Ekonometrik Cəmiyyət, statistika və riyaziyyatla qarşılıqlı əlaqədə iqtisadi nəzəriyyənin inkişafı üçün beynəlxalq cəmiyyət” adı ilə. Econometrica, Journal of Mathematical Economics, Theorical Economics jurnallarını nəşr edir; 1978-ci ildən cəmiyyət nüfuzlu iqtisadi mükafatlardan birini - Friş medalını təqdim edir. Bir sıra müntəzəm seminarlar və konfranslar təşkil edir, ən böyük tədbir İqtisadi Cəmiyyətin illik Ümumdünya Konqresidir. Cəmiyyət üzvləri üçün peşəkar mükafatlardan biri cəmiyyətin ayrı-ayrı tədbirlərində mütəmadi olaraq təşkil edilən “ad mühazirələrindən” birinə dəvət etməkdir: Fişer-Şults mühazirəsi (Avropa konfransı), Marşak mühazirəsi (Avropadan kənarda regional tədbirlər və Şimali Amerika), Walras-Bowley mühazirəsi (Şimali Amerika Konfransı), Frisch Memorial Lecture (Dünya Konqresi), Coles Lecture (Şimali Amerika Yay Konfransı). Üzvlük ödənişli və ödənişsizdir, 2015-ci ildən etibarən qiymət illik 115 ABŞ dolları (onlayn kitabxanaya çıxış ilə) və ya ildə 175 dollar təşkil edir (əlavə olaraq jurnalların çap nömrələrinə abunə daxildir). İdarə heyətinin seçkilərində və yeni tamhüquqlu üzvlərin seçilməsində səsvermə hüququ verən “tam üzv” (ing. fellow) statusu var; Hər il icma üzvləri arasından bir neçə onlarla yeni tam üzv seçilir.
Postsavadlı cəmiyyət
Postsavadlı cəmiyyət — multimedia texnologiyasının savadlılığın, oxumaq və ya yazmaq qabiliyyətinin artıq zəruri və ya ümumi olmadığı nöqtəyə qədər irəlilədiyi hipotetik cəmiyyət. Bu termin hələ 1962-ci ildə Marşall MakLuhanın "Qutenberq qalaktikası"nda görünür. Bir çox elmi-fantastik cəmiyyətlər, Rey Bredberinin "Farengeyt 451" romanında", Den Simmonsun "İlium" romanında və Qari Şteynqartın "Super kədərli əsl sevgi hekayəsi"ndə olduğu kimi postsavadlıdır. Post-savadlı cəmiyyət yazı sistemlərini tətbiq etməyən və estetik ənənələri şifahi ədəbiyyat və şifahi tarix formasını alan, incəsənət, rəqs və nəğmənin köməyi ilə müasir və ya tarixi şifahi mədəniyyətlərdən fərqlənir). Post-savadlı cəmiyyət yazılı sözü yazılmış səslərlə (CD-lər, audiokitablar), yayımlanan şifahi söz və musiqi (radio), şəkillər (JPEG) və hərəkətli təsvirlərlə (televiziya, film, MPG, axın videosu, video oyunlar, virtual) əvəz edərdi. reallıq). Post-savadlı cəmiyyət hələ də savadlı, oxumağı və yazmağı bilən, lakin istəməyən insanları əhatə edə bilər. Əksər insanlar media savadlı, multimedia savadlı, vizual savadlı və transliterasiya qabiliyyətinə malik olardılar. Kris Hecsin yazdığı "İllüziya imperiyası" və Nil Postmanın yazdığı "Özümüzü ölənə qədər əyləndirmək" adlı qeyri-bədii kitabları hər ikisi savaddan sonrakı mədəniyyətin qəfil yüksəlişini müşahidə edir. Daniel Bell Postsənaye cəmiyyəti The Dawn of the Post-literate Age, by Patrick Tucker, THE FUTURIST Magazine, November–December 2009.
Qapalı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Yoxsulluğun qapalı dairəsi
Yoxsulluğun qapalı dairəsi — ayrı-ayrı təsərrüfat subyektlərinin, regionların və ölkələrin inkişaf etməməsini izah edən qarşılıqlı əlaqəli amillər anlayışı. İqtisadi şəraitin yaxşılaşması ilə bağlı dalğalanmalar əhalinin sonrakı artımı ilə kompensasiya edilir. Termin ilk dəfə 1949-1950-ci illərdə Hans Sinqer və Raul Prebişin əsərlərində təklif edilmişdir. Adambaşına düşən aşağı gəlirin minimum iqtisadi artım tempinə nail olmaq üçün lazım olan səviyyədə əmanətlərə və investisiyalara mane olduğu inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qısır dairəsi problemdir. Ev təsərrüfatlarının qənaət etmək qabiliyyəti və həvəsi yoxdur, aşağı gəlir aşağı tələb deməkdir, nəticədə zəif resurslar və fiziki və insan kapitalına sərmayə qoyuluşunu dayandırmaq üçün stimulların olmaması, buna görə də əmək məhsuldarlığı aşağı olaraq qalır.
Cəmiyyət-i İslami
Cəmiyyət-i İslami (fars. افغانستان اسلامی جمعیت‎) Əfqanıstan'da Müsəlman bir siyasi partiya."Cəmiyət-i İslami" fars dilində İslam cəmiyyəti deməkdir.Partiyanın əksəriyyətini Əfqanıstanın qərb və şimal hissəsində yaşayan taciklər təşkil edir.Sovet-Əfqan mühatibəsi və Əfqanıstan vətəndaş müharibəsində Bu partiya daha çox fəallıq etmişdir.Qurucusu Səlahəddin Rəbbani olsa da, 1968-2011 ci ilə qədər rəhbəri Bərhaədin Rəbbani olub.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan "MM" adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.