qarağacyarpaq

qarağacyarpaq
qarağaclıq
qarağan
OBASTAN VİKİ
Qarağacyarpaq evkommiya
Cənubi Amerikada təbii halda bitir. Hündürlüyü 20 m-ə çatan ağac olub, yumurtavari çətirə malikdir. Gövdəsinin qabığı qəhvəyi-boz rəngdə, uzununa çatlıdır. Zoğları çılpaq, açıq və ya sarımtıl-qonur rəngdədir. Tumurcuqları iti uclu yumurtavarı olub, qonur pulcuqlarla örtülmüşdür. Yarpaqları qışda töküləndir, 7-24 sm uzunluqda və 2,5-7 sm enində olub, sadə, növbəli düzülüşlü, uzunsov yumurtavarı və ya uzun ellipsvarı, ucu iti, qaidəsi dairəvi və ya enli tacvarıdır, kənarları xırda mişardişlidir. Yarpaq saplağı çılpaq, 1,5-2,5 sm uzunluqdadır. Çiçəkləri əsasən ikievlidir. Bəzi hallarda şəraitdən asılı olaraq, erkəkçiçəkli ağacların üzərində az miqdarda dişi çiçəklərə də təsadüf olunur. 5-6 yaşında, aprel ayında çiçəkləyir.
Qarağacyarpaq quşqonmaz
Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır. Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir. Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır.