qara-sarı
qaraağız
OBASTAN VİKİ
Qaraağac
Qaraağac, Karaağac və ya Qarağac: Kəndlər Qaraağac (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaraağac (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Qaraağac (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaraağac (Sədərək) — Azərbaycanın Sədərək rayonunda kənd. Qarağac (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaraağac (Meşkinşəhr) Qaraağac (Urmiya) — Qaraağac (Şəbüstər) Qaraağac (Əbhər) Qaraağac-i Köşk (Çaroymaq) Qaraağac-i Pain (Germi) Qaraağac-i Bala (Germi) Çaylar Qarağac (çay) — İranın Fars ostanında çay. Dağlar Qarağac — İsmayıllı rayonu ərazisində dağ. Qarağac — Zəngilan rayonu ərazisində dağ. Təxəllüslər Günay Qaraağac — Türk dilçisi, professor, doktor. Digər Qarağac — bitki cinsi.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Probka qaraağac
Qaraağac (Cəbrayıl)
Qaraağac — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun eyni adlı i.ə.v-də kənd. Bu adda Cəlilabad, Qubadlı və Sabirabad rayonlarında qeydə alınmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaraağac (Cəlilabad)
Qaraağac — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Kənd Qaraağac yeri adlı sahədə salındığı üçün belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 300 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaraağac (Meşkinşəhr)
Qaraağac (fars. قره اغاج‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 586 nəfər yaşayır (101 ailə).
Qaraağac (Qızıq)
Qaraağac (gür.: g.ə. ყარაღაჯი, l.ə. karağaci) — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti diyarının Sığnaq bələdiyyəsində kənd.
Qaraağac (Sabirabad)
Qaraağac — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Qaraağac (Urmiya)
Qaraağac (fars. قره اغاج‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.554 nəfər yaşayır (413 ailə).
Qaraağac (Xoy)
Qaraağac (fars. قره اغاج‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaraağac (məntəqə)
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Qaraağac (Çaroymaq)
Qara Ağac və ya Qarağac— İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Çaroymaq şəhristanının paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,157 nəfər və 936 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Qaraağac (Şəbüstər)
Qaraağac (fars. قره اغاج‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (118 ailə).
Qaraağac (Əbhər)
Qaraağac (fars. قره اغاج‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (18 ailə).
Qaraağac mahalı
Qaraağac mahalı — Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində mövcud olub.
Qaraağac məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qaraağac nahiyəsi
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Qaraağac silsiləsi
Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta), rus. Мокрые горы) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi. Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samsxe-Cavaxet bölgəsindən ayırır. Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.)və s.-dir.
Qaraağac (Bəradost dehistanı)
Qaraağac (fars. قره اغاج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 408 nəfər yaşayır (64 ailə).
Qaraağac-i Bala (Germi)
Qaraağac-i Bala (fars. قره اغاج بالا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (79 ailə).
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).
Qaraağac-i Pain (Germi)
Qaraağac-i Pain (fars. قره اغاج پائين‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 738 nəfər yaşayır (168 ailə).
Ağkənd (Qaraağac, İran)
Ağkənd (fars. اغ كند‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 85 nəfər yaşayır (19 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 21 km şimal-qərbdədir.
Yuxarı Qaraağac (Urmiya)
Yuxarı Qaraağac (fars. قره اغاج عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 376 nəfər yaşayır (101 ailə).
Qaraağaclı
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qaraağacpüştə (Meşkinşəhr)
Qaraağacpüştə (fars. قره اغاج پشته‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 445 nəfər yaşayır (103 ailə).

Digər lüğətlərdə