Qaraağac silsiləsi
Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta), rus. Мокрые горы) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi.
Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samsxe-Cavaxet bölgəsindən ayırır.
Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.)və s.-dir.