Qaraxanilər
Qaraxanlılar dövləti — 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk dövləti.
IX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyan Şan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türk dilli qarluqlar yaşayırdilar. "Qarluq" türk sözü olub "qarlıq", "qar yığımı" mənasını verir.
Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Qaşqar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı,Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi.
Xilafətin zəifləməsi Qaşqarda ilk türk-islam dövləti yaradan Qaraxanlıları da İran "şuubiya" hərəkatının açdığı yola cəlb etdi. Bu dövlətin təsisçisi Əbdülkərim Satuq Buğra Qaraxan Ərəb mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu.
Qaraxanlı hökmdar sülaləsi əski Türğişxaqanlarının nəslindəndir. Türgişlər, əski qərbi Göytürklərinin ən güclü və əhəmmiyətli bir boyu olup son xaqanların hamısı bu boydan gəlmişdilər. Göytürklərin yıxılmasından sonra bunların töküntüləri də Doqquz Oğuz, Uyğurlara tabe bir xan olaraq yaşamışdır. Abbasi xəlifəsi Mənsur (754 – 775) zamanında, Qaşqar və Fərqanə hökmdarı olan və adı yaxşı oxunamayıb 'Kır xan' olması ehtimal olunan hökmdar Bağdada 'Bayır Çur' adında bir elçi göndərmiş və xəlifə ilə siyasi münasibətlərdə bulunmuşdu.