Dilimizdəki qas (paltarın ətəyini qas deyirik) və qat sözləri sinonimdir (qatla deyirik). Qasnaq sözü də “əymək, ətrafına dolamaq” anlamı ilə bağlıdır: “əyib uclarını bağlamaq” deməkdir (ələyin qasnağı və s.). Sözün təhrif olunmuş forması da var: sağanaq. Mənbələrdə qasnaq yerinə saxlaq da işlədilib, saxlaq sözü sıxmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)