qaynar-

qaynar zərf. brûlant

qaynar
qaynarlıq
OBASTAN VİKİ
Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaynar-i Ülya (Xoy)
Qaynar-i Ülya (fars. قينرعليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Vaşinqton-Moskva qaynar xətti
Vaşinqton-Moskva "qaynar xətti" — ABŞ prezidenti ilə SSRİ rəhbərliyi arasında birbaşa əlaqə xətti. Hal-hazırda birbaşa şifrələnmiş rabitə sistemi adlanır, əvvəllər: birbaşa rabitə xətti, təsnif edilmiş telefon rabitəsi. O, 1963-cü ildə Karib böhranından sonra Soyuq müharibə dövründə rəqabət aparan o dövrün iki potensial təhlükəli supergücü olan SSRİ və ABŞ arasında təcili əlaqə yaratmaq üçün yaradılmışdır. Karib böhranı zamanı N. Xruşşovun C.Kennediyə göndərdiyi 3000 sözdən ibarət məktubunu amerikalılar 12 saata deşifrə etmişdilər. Buna görə də, 1963-cü il iyunun 20-də Cenevrədə fövqəldövlətlərin liderləri arasında birbaşa əlaqə xəttinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalandı.