Qayon qəsri
Qayon qəsri (fr. Château de Gaillon) — Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. Renessans üslubunda Fransada tikilən ilk saray. Fransa inqilabından sonra qəsr penitensiar müəssisə kimi demək olar ki, tamamilə rekonstruksiya edilib. Obyekt Fransanın milli tarixi abidəsi kimi təsnif edilib.
1192-ci ildə Fransanın kralı II Filip Avqust ilə İngiltərənin kralı və Normandiya hersoqu Torpaqsız İohan arasında sülh müqaviləsinin şərtlərinə görə Qayon tarixi Normand Veksen vilayəti, o cümlədən də bir sıra möhəkmələndirilmiş şəhərlərlə, misal üçün Evryo ilə yanaşı fransız kralının hakimiyyəti altına düşdü. Torpaqsız İohann taxtda əsir qardaşı Şirürəkli Riçardı əvəz etdi. Şirürəkli Riçard 1194-cü ildə azad edilmişdir. Riçard Normandiya torpaqlarına qayıdandan sonra Fretevalda Kapetinqlər üzərində qələbə ilə bəzi mülklərini geri qaytara bildi, lakin Qayon və Vernonu azad edə bilmədi. Bu səbəbdən də o öz mövqeyini möhkəmləndirərək Andeli kəndində, Sena çayının digər sahilində Şato-Qayar qəsrinin tikilməsinə dair göstəriş verdi.