Qazdaşıyan gəmi

mayeləşdirilmiş qazların (propan, butan, amonyak və s.) daşınmasında istifadə olunan gəmi. Qaz sisternlərdə özünün qaynama temperaturuna bərabər temperaturda və 1 1,8mn/ m 2 təzyiq altında, yaxud 50 C temperaturda və 0,65 mn/m2 təzyiq altında nəql edilir. Sisternlər silindrik, sferik və ya düzbucaqlı prizma formasında olur; xarici, yaxud daxili səthləri istilik izolyasiya qatı ilə örtülür.
Qazbalonlu avtomobil
Qazma