Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar,
liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr).
Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur.
Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir.
Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur.
Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.