Qoşa Qızıl yatağı (Tovuz)
Qoşa qızıl yatağı – XX əsrin 50-ci illərinə aid, Tovuz rayonunda yerləşən Qoşa qızıl yatağı.
Tovuz ərazisində bir çox filiz, qeyri-filiz, tikinti materialları kimi geniş istifadə olunan faydalı qazıntı yataqları vardır. Tovuz rayonunun və ümumiyyətlə Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas çay hövzələrinin allüvial çöküntülərində müəyyən edilmiş səpinti qızıl ehtiyatına aid məlumatlar hələ XX əsrin 50-ci illərində toplanmışdır. Tovuz rayonu ərazisində axan çaylardan Tovuz çayın və Zəyəmçayın çöküntülərində də qızıl olması müəyyən edilmişdir. Tovuzçayın hövzəsində olan qum yataqlarında (Günəşli, Öysüzlü, Tovuz) qızıl az miqdarda müəyyən edilmişdir.
Zəyəmçay hövzəsi Kiçik Qafqazın səpinti qızıl yataqları üçün çox perspektivli sayılır. Əsrikçayda mis-sink filizləri təzahürü var. Əsriçay hövzəsində 220 metrə qədər qazılmış quyu vasitəsi ilə pirit-xalkoperit-sfalerit filizləri müəyyən olunmuşdur.
Yuxarı Öysüzlü kəndində Ağdağ seolit yatağı və böyük miqdarda sement xammalı vardır. Yuxarı Öysüzlü əhəng daşı yatağı, Tovuz gil yatağı, qum-çınqıl yatağı və Hacallı tuf yataqları rayonun faydalı qazıntılarına aiddir.