qoralı

qoralı
qoraley
qorasız
OBASTAN VİKİ
Himalay qoralı
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus). == Adı == Növün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür. == Xarici görünüşü == Xarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. == Xüsusiyyətləri == Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Şərq qoralı
Şərq qoralı (lat. Naemorhedus caudatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Şərq qoralı bozumtul rəngə malikdir. Boğazı parlaq rəngə malikdir. Bel nahiyyəsindən tünd zolaq keçir. == Yayılması == Bu canlılar əsasən Rusiyanın cənub-şərq meşələri (Xabarovsk diyarı və Primorsk diyarı), Çinin şimal-şərqi (Heylunszyan və Qirin), üstəlik Koreya yarımadası ərazisində rast gəlinir == Həyat tərzi == Qorallar əsasən elə də böyük olamayan və sayları 4–6 baş olan qruplarda birləşirlər. Erkəklər yalquzaq olaraq yaşayırlar. Dişilər isə yay ayları balaları ilə birlikdə yaşayır. Qida arxasınca əsasən səhər və gecə saatlarında gedirlər. Əsasən ot, yarpaq və bitkilərin digər hissələri və növləri ilə qidalanır.