qorxutmaq
qorlamaq
OBASTAN VİKİ
Qorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası. Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir.
Qorilla Musson
Robert James Marella (4 iyun 1937, Roçester[d], Nyu-York ştatı – 6 oktyabr 1999) — daha çox "Gorilla Monsoon" rinq adı ilə tanınan Amerikalı peşəkar güləşçi, play-by-play şərhçisi və buker idi. Musson 1980-ci və 1990-cı illərdə şücaətli super-ağır çəkili əsas yarışmaçı, daha sonra isə Dünya Güləş Federasiyasının (WWF) səsi, şərhçi və səhnə arxası meneceri kimi qaçışı ilə məşhurdur. O, həmçinin 1995–1997-ci illərdə WWF prezidentinin ekrandakı rolunu canlandırıb. Peşəkar güləşdə tədbirin giriş pərdəsinin arxasındakı səhnə sahəsi, Marellanın qurduğu və WWF zamanı tez-tez rast gəlindiyi mövqe karyerasının sonlarında onun şərəfinə "Qorilla Mövqeyi" adlandırılır. Marella Nyu-Yorkun Roçester şəhərindəki Cefferson Liseyində oxuyub, futbol, ​​həvəskar güləş və yüngül atletika üzrə görkəmli idmançıya çevrilib. O zaman onun çəkisi 301 funtdan (136,53 kq) çox idi və komanda yoldaşları onu mehribanlıqla "Kiçik" adlandırırdılar. Marella həm də Nyu-Yorkun İthaka şəhərindəki İthaka Kollecində orta məktəbi bitirdikdən sonra görkəmli idmançı idi. O, indi çəkisi 325 funtdan çox olan güləşi davam etdirdi və 1959-cu ildə NCAA Güləş Çempionatında ikinci yeri tutdu. O, həmçinin 18 saniyəlik güləş pinini və bir neçə atletika fərqlənmələri də daxil olmaqla bir neçə məktəb atletika rekorduna sahibdir. O, 1973-cü ildə İthaka Kollecinin Atletik Şöhrət Zalına daxil edilib.
Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır. Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya satın alınır.
Qorilla Musson (İdmançı)
Qorillalar
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası. Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir.
Qərb düzənlik qorillası
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Qərb qorillası
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Qərb çay qorillası
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Şərq dağ qorillası
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Şərq qorillası
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.

Digər lüğətlərdə