QOVMAQ (müxtəlif mənalarda) Firuz bir neçə dəfə Həsəngilə gələrək Zəhranı savadlandırmaq istəmişdi. Həsən isə ona mane olmuş, qapısından qovmuşdu (M.İbrahimov); BAYIRA ATMAQ (fr.v.) O katibi birdəfəlik bayıra atmaq lazımdır (S.Rəhimov); ÇIXARMAQ Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə (H.Nəzərli); XARİC ETMƏK (məktəbdən və s. çıxarıb qovmaq) ..Əmiraslanı məktəbdən xaric etdilər (S.S.Axundov); QOVALAMAQ Tazılar dovşanları qovalayır.. (M.Rzaquluzadə); RƏDD ETMƏK (işdən qovmaq) [Qaraqaşlı:] İkisini də bir yerdə rədd etmək lazımdır (Ə.Kərim); UZAQLAŞDIRMAQ Rəhim bəy .. al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır (Ə.Haqverdiyev).