Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. == Həyatı == 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. === Siyasi fəaliyyəti === 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Nihat Bekdik
Nihat Asım Bekdik (17 mart 1902, Konstantinopol – 21 iyun 1972, İstanbul) — müdafiəçi mövqeyində oynamış Türkiyə futbolçusu. == Klub karyerası == Qalatasaray liseyinin şagirdi olan Nihat Bekdik karyerası boyu (1916–1936) Qalatasarayda çıxış etmişdir. Klubun heyətində 6 dəfə İstanbul Futbol Liqasını qazanmışdır, komandanın kapitanı olmuşdur. Formasında təsvir olunmuş şir şəklinə və göstərdiyi oyuna görə azərkeşlər ona "aslan" ləqəbini vermişdilər. Sonradan bu ləqəb bütöv "Qalatasaray" klubuna şamil olunmağa başlandı. == Milli yığma karyerası == 26 oktyabr 1923-cü ildə Nihat Bekdik, Rumıniya ilə yoldaşlıq oyununda Türkiyə millisinin heyətində debüt etdi. 1924 və 1928-ci illərdə Olimpiya oyunlarının iki futbol turnirində iştirak etmişdir. 14 oktyabr 1927-ci ildə Nihat Bekdik Bolqarıstan komandası ilə yoldaşlıq oyununun 85-ci dəqiqəsində fərqlənərək millinin heyətində ilk və yeganə qolunu vurdu. == Digər idman növlərində == Nihat Bekdik üçqat atlama və yüksək atlama yarışlarında da müvəffəqiyyət qazanmışdır. 1923-cü ildə üçqat (11,92 m) və yüksək atlamalarda (1.58 m) Türkiyə rekordlarını vurdu.
Nihat Hatipoğlu
Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir. == Həyatı == Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.
Nihat Kahveçi
Nihat Kahveçi 2002-ci ilin yanvarından İspaniya klublarının şərəfini qoruyub. O, 4,5 il "Real-Sosyedad"da, 3 il isə "Vilyareal"da çıxış edib. Ümumilikdə "La Liga"da 195 oyuna çıxan forvard 75 qol vurub. 2009-cu ilin iyununda 7,5 ildən sonra "Beşiktaş"a qayıdıb. "Beşiktaş" onu sonuncu klubu "Vilyareal"dan 5,5 milyon avroya alıb. Kahveçi ilə müqavilə 3 illikdir. Anlaşmaya əsasən, futbolçu hər il 3 milyon avro alacaq. Qeyd edək ki, 2000-ci ildən Türkiyə millisinə çağırılan Nihat 62 oyunda 17 qol vurub.
Nihat Kərimli
Nihat Teymur oğlu Kərimli (8 iyul 1996, Ərəbocağı, Ağdaş, Azərbaycan — 8 oktyabr 2020, Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Kərimli 1996-cı il iyulun 8-də Ağdaş rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nihat Kərimli Ağdam və Tərtər döyüşlərində savaşıb. Oktyabrın 8-də Ağdam istiəamətində şəhid olub. Ağdaşda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Kərimli "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihat Nikerel
Nihat Nikerel (5 fevral 1950, Çorum – 26 sentyabr 2009 və ya 27 sentyabr 2009, İstanbul) — Türkiyə aktyoru, "Kurtlar Vadisi" serialının məşhur obrazlarından olan Seyfo dayını canlandıran tanınmış aktyor Nihat Nikerel 1972–1976-cı illərdə uzun bir dünya səyahətindən sonar vətənə dönüb və 1985-ci ildə yazdığı ssenari ilə sənət aləminə yol alıb. Müxtəlif film və seriallarda rol alan sənətçi bir kitab da yazıb. 59 yaşlı Nihat Nikerel evində tək olduğu zaman ürək tutmasından vəfat edib. Onun cəsədi evə gələn oğlu tərəfindən aşkarlanıb. "Seyfo dayı"nın sentyabrın 26-da saat 18 radələrində vəfat etdiyi bəlli olub.
Nihat Rzaxanov
Nihat Rzaxanov (18 aprel 2001; Biləcəri, Azərbaycan — 6 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzulidə, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 7 noyabr 2020-ci ildə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Nihat Seyidov
Nihat Mehman oğlu Seyidov (12 iyun 1998; Culfa rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nihat Seyidov 1998-ci il iyunun 12-də Culfa rayonunun Teyvaz kəndində anadan olub. 2004–2006-cı illərdə Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə, 2006–2012-ci illərdə Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbdə, 2012–2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Nihat Seyidov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Nihat Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihat Seyidov oktyabrın 15-də Madagizin azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Nihat Verdiyev
Nihad Nicat oğlu Verdiyev (19 dekabr 2003, Daşkəsən rayon Qaraqollar kəndi – 13 sentyabr 2022, Laçın rayonu) – Azərbaycan Ordusu, Laçın istiqamətində gedən döyüşlərdə Şəhid olub. Nihad Verdiyev 2003-cü il dekabrın 19-da Daşkəsən rayonu, Qaraqollar kəndində Nicat və Vüsalə Verdiyevlərin ailəsində anadan olmuşdur. Ailəsinin Nihaddan başqa bir qız övladı var. Subay idi. Şəhidimiz 2010-cu ildə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə təhsilə başlamış və 2021-ci ildə təhsilini başa vurmuşdur. Nihad Verdiyev 2021-ci il 20 dekabr tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2022-ci il 6 yanvar tarixdən Müdafiə Nazirliyi Azərbaycan Quru Qoşunlarının sıralarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır. Daha sonra xidmətini Laçın rayonunda yerləşən "N" saylı hərbi hissəsində davam etdirmiş, intizamlı və cəsarətli Azərbaycan Əsgəri kimi xidmət keçmişdir. Hərbi xidmət dövründə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırılmış, hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərə nümunəvi əsgər kimi təqdim edilmişdir. 2022-ci il avqust ayında qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürlərinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurma cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatında mərdliklə iştirak etmiş və nəticədə Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində böyük şücaətlik göstərmişdir. 2022-ci il Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin, Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınmasında döyüş yoldaşları ilə birgə, 5 hərbi postun azad edilməsində iştirak etmişdir.
Nihat Məmmədli
Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Həyatı == Nihat Zahid oğlu Məmmədli 2002-ci il iyulun 25-də Füzuli rayonunun Babı qəsəbəsində anadan olub. == Karyerası == Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının, iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt elədi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nihat Verdiyev (əsgər)
Nihad Nicat oğlu Verdiyev (19 dekabr 2003, Daşkəsən rayon Qaraqollar kəndi – 13 sentyabr 2022, Laçın rayonu) – Azərbaycan Ordusu, Laçın istiqamətində gedən döyüşlərdə Şəhid olub. Nihad Verdiyev 2003-cü il dekabrın 19-da Daşkəsən rayonu, Qaraqollar kəndində Nicat və Vüsalə Verdiyevlərin ailəsində anadan olmuşdur. Ailəsinin Nihaddan başqa bir qız övladı var. Subay idi. Şəhidimiz 2010-cu ildə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə təhsilə başlamış və 2021-ci ildə təhsilini başa vurmuşdur. Nihad Verdiyev 2021-ci il 20 dekabr tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2022-ci il 6 yanvar tarixdən Müdafiə Nazirliyi Azərbaycan Quru Qoşunlarının sıralarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır. Daha sonra xidmətini Laçın rayonunda yerləşən "N" saylı hərbi hissəsində davam etdirmiş, intizamlı və cəsarətli Azərbaycan Əsgəri kimi xidmət keçmişdir. Hərbi xidmət dövründə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırılmış, hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərə nümunəvi əsgər kimi təqdim edilmişdir. 2022-ci il avqust ayında qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürlərinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurma cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatında mərdliklə iştirak etmiş və nəticədə Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində böyük şücaətlik göstərmişdir. 2022-ci il Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin, Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınmasında döyüş yoldaşları ilə birgə, 5 hərbi postun azad edilməsində iştirak etmişdir.
Arif Nihat Asya
Arif Nihat Asya (7 fevral 1904, Çatalca ilçəsi, İstanbul ili – 5 yanvar 1975, Ankara) — Şair Yazar Müəllim Siyasətçi Cumhuriyyət dönəmi Türk şeirlərinin vacib təmsilçilərindəndir. Sadə bir üslubla milli dəyərləri və dini həyəcanlardan bəhs edən şeirlər yazıb. "Bayrak, Bir Bayrak Rüzgar Bekliyor, Fetih Davulları, Selimler, Kubbeler, Süleymaniye" ən tanınmış şeirləridir. "Bayrak" şeirinə görə Türk ədəbiyyatında "Bayrak şairi" olaraq da xatırlanır. Bir zamanalar TBMM'də millətvəkili olaraq işləmişdir. == Həyatı == 1904-cü ildə Çatalca'nın "İnceğiz" kəndində doğulub. Əsl adı Mehmet Arifdir. Tokatlı Zivər Əfəndi ilə Tırnovalı Zəhra Xanım'ın tək uşağı idi. Hələ uşağikən atası vəba xəstəliyindən vəfat edib. Anasın evlənib Filistin'e getməsinə görə üç yaşından etibarən qohumlarının yanında böyüdüldü.
Şəhid Quluzadə Nihat
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev —Nicat RəhimovNicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor)Nicat KazımovNicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir.
Nicat Abasov
Nicat Azad oğlu Abasov (14 may 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2010). 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb. == Həyatı == 14 may 1995-ci ildə Bakıda anadan olub. == Naliyyətləri == 2009-cu ildə beynəlxalq usta, 2010-cu ildə qrosmeyster titulunu qazanıb. 2015-ci ildə Niderlandın Veyk-an-Zeya şəhərində "20th Cultural Village Chess Tournament" beynəlxalq şahmat turnirinin qalibi olub və 2016-dakı "Veyk-an-Zee turnirində" iştirak etmək hüququ qazanıb. == İstinadlar == == Xarici keçidlər == Nicat Abasov şahmat turnirinin qalibi oldu (az.) Nijat Abasov. Chess-DB.com Arxivləşdirilib 2016-09-17 at the Wayback Machine (ing.) Nijat Abasov. 365chess.com (ing.) Nijat Abasov. fide.com (ing.) Nijat Abasov. chessgames.com (ing.) Nijat Abasov.
Nicat Abdullayev
Nicat Mirnəbi oğlu Abdullayev () – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. == Təhsili == İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir. == Hərbi Xidməti == 2-ci Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Nicat Atayev
Nicat Habil oğlu Atayev (5 mart 1994; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Onun atası — polis mayoru və Qarabağ müharibəsinin qazisi Habil Atayevdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Baxşəliyev
Nicat Ziyafət oğlu Baxşəliyev (16 iyun 1993; Bərdə, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Baxşəliyev 1993-cü il, iyunun 16-da Bərdə rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarında anasını itirmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Baxşəliyev Ağdərə döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Baxşəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Bəkirzadə
Nicat Bəkir oğlu Bəkirzadə (d. 29 aprel 1934) — quruluşçu rejissor, aktyor və ssenarist, əməkdar incəsənət xadimi. == Həyatı == Nicat Bəkirzadə 1934-cü ildə Bakıda anadan olub. 1973-cü ildə ÜDKİ-nun rejissorluq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii və sənədli filmlərin quruluşunu verib. Azərbaycanın əməkdər incəsənət xadimi fəxri adına layiq görülüb. == Filmoqrafiya == Arxadan vurulan zərbə (film, 1977) Bakı. Portretə yeni ştrixlər (film, 1979) Başdan ayağa (film, 1973) Batmış şəhərin axtarışında (film, 1987) Bizi bağışlayın (film, 1979) Böyük İpək Yolunda (film, 1986) Ceyrançöl (film, 1974) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəmşid Naxçıvanski (film, 1982) Çətirimiz buludlardır (film, 1976) Daş saat (film, 1975) Daşlar danışanda (film, 1976) Əla kəsici (film, 1975) Əlavə iz (film, 1981) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Geriyə baxmağa dəyər (film, 1985) Güman (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər: İnsanlar və neft (film, 1983) İçəri şəhər (film, 1978) İş günündən sonra (film, 1983) Kamillik (film, 1979) Qəhrəman ana (film, 1990) Maqarıç (film, 1973) Mən Bakıda yaşayıram (film, 1986) Nə vaxta qədər?
Nicat Cəmiyyəti
Nicat Cəmiyyəti — Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı. Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür. == Cəmiyyətin fəaliyyəti == Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. === Təhsil === Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı. Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi. 1907-ci ildə yeni axşam kursları açmış cəmiyyətin həmin kurslarından iki il sonra istifadə edən dinləyicilərin sayı 280-ə çatmışdı.
Nicat Dadaşov
Nicat Sahib oğlu Dadaşov (30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. "Xənnas", Nazik Mətləb", "Xəzərin üzərində yelləncək" filmlərinin, "Ögey ana", "Könül yarası", "Məryəm", "Sarı gəlin" televiziya seriallarının müəllifidir. "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır. == Həyatı == Nicat Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007–2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Nicat Dadaşov "Xənnas" (2017), "İki yad adam" (2017), "Sükut" (2018), "Nazik Mətləb" (2021), "Hasar" (2022) filmlərinin, "İkinci bahar" (2014), "Məryəm" (2016),"Ögey ana" (2017), "Sarı gəlin" (2017), "Könül yarası" (2018) seriallarının ssenari müəllifidir. N. Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında yazdığı "İki yad adam" filmi Pekində "Grand Asian" film festivalında "Ən yaxşı sosial film" mükafatına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi "Rusiyanın görkəmli azərbaycanlıları" beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub.N. Dadaşov bir sıra hekayə və romanın müəllifidir. 2014 ildə yazıçının "Həyatın bir anı" adlı hekayələr kitabı çap edilib və 2021-ci ildə müəllifin "Bizim vaxtımız keçib" adlı romanı oxuculara təqdim olunacaq.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. == Həyatı == Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.