quruca

quruca
quruboşalma
qurucu
OBASTAN VİKİ
Quruca
Quruca (lat. Gnaphalium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bataqlıq qurucası
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin quruca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır.
Meşəlik qurucası
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Qurucaşilə
Qurucaşilə (türk. Altunhisar) — Bartın ilinin ilçəsi. Qara dəniz sahilində, şəhər mərkəzindən 52 km məsafədə yerləşir. Qurucaşilə, Bartından 62 km şimal-şərqdə yerləşən Zeytun və Sandal burunları ilə sərhədlənən bir şəhərdir. 1965-ci ildə Dövlət Yolları tərəfindən inşa edilən və 1974-cü ildə asfalt örtülmüş, Qara dənizin qərb sahilində 010 magistral yolunda zəngin təbii gözəlliklərə sahib bir sahil şəhəridir. Şimalda Qara dəniz, cənubda Bartın, şərqdə Cidə və qərbdə Amasra ilə həmsərhəddir. İlçənin dəniz səviyyəsindən hündürlüyü 1500 metrə qədər qalxır. Kürə dağlarının ilçənin cənubundakı bir hissəsi, Qaradağ və Qarsaduran dağları ilə əhatə olunmuşdur. 159 km2 səth sahəsinin 40%-i meşələrlə əhatə olunmuşdur və demək olar ki, kənd təsərrüfatı sahəsi yoxdur. İlçədə tipik Qara dəniz iqlimi hökm sürür.

Digər lüğətlərdə