QUYRUQ DOĞAN AY

yay fəslindən payıza keçid dövründə havaların tədricən sərinləşdiyi dövr.

QUYRUQ BULAMAQ
QUYRUQ ƏLƏ VERMƏMƏK
OBASTAN VİKİ
Quyruq
Quyruq — heyvanların bədənlərinin arxa hissəsində yerləşən, bədəndən müstəqil hərəkət edə bilən, elastik orqandır. Quyruqlar xordalı canlılar üçün xarakterikdir və quyruq dedikdə ilk növbədə bu canlıların quyruğu nəzərdə tutulur. Lakin bəzi onurğasız canlıların bədənlərinin arxa hissəsindəki uzantıları və ya çıxıntıları, məsələn, əqrəblərin opistosomasını quyruq adlandırırlar. Halbuki, bu bədənin uzantısıdır və daxilində orqanlar yerləşir.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Quyruq turbulansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Aydın Doğan
Aydın Doğan — Doğan Holding şirkətinin sahibi. Türkiyənin nüfuzlu media başçılarından biridir.
Doğan (Əhər)
Doğan (fars. دوغان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Doğan Babacan
Doğan Babacan (d. 30 Kasım 1929, İstanbul, ö. 18 Mayıs 2018) Türkiyə futbolçusu və hakimi. 1930-cu ildə anadan olan Doğan Babacan FİFA Dünya Kubokunda oyun idarə edən yeganə Türkiyəli hakimdir. O, 1974-cü il mundialında Almaniya – Çili (1:0) matçının baş hakimi olub. Həmin oyunda Çilili futbolçuya göstərdiyi qırmızı kartla FİFA Dünya Kuboku tarixində ilk qırmızı kart göstərən hakim olmuşdur.
Doğan Bayraqdar
Doğan Bayraqdar(24 aprel 1995, İstanbul) — Türk aktyoru. Doğan Bayraktar 1995-ci ildə İstanbulda anadan olub. Nişantaşı Universitetində Mülki Aviasiya və Kabin Xidmətləri ixtisası üzrə təhsil alan Doğan universitetdə oxuduğu müddətdə Erkan Özermanın təşkil etdiyi 2015 Best Model of Turkey model yarışmasında iştirak edib və İkinci Yarışçı seçilib. İlk aktyorluq təcrübəsini 2017-ci ildə FOX-da yayımlanmağa başlayan Döyüşçü serialı ilə yaşadı. Daha sonra Hercai serialında rol aldı. 2021–2022-ci illər arasında BluTV-də yayımlanan Börü 2039 serialında "Korkut Buğra Orbay" obrazını canlandırıb. Son olaraq 2022-ci ildə FOX-da yayımlanan Gülümse Kaderine serialında "Ekin" rolunu canlandırıb.
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Kamal Doğan
Kamal Doğan (1879, Üskub – 1951, İstanbul), türk əsgər və siyasətçi. Anası Pembe xanım, atası maliyyə işçilərindən olan İbrahim Bəy olmuşdur. Ailə 1885-ci ildə Kırklarelinə köçmüşdür. 1897-ci ildə Topçu Məktəbinə daxil olmuşdur. 1900-cu ildə baş leytenant rütbəsiylə məzun olaraq Ədirnədə 2. Ordunun 2. Topçu firqəsinin 4. Livası köməkçisi təyin edilmişdir. Daha sonra Topçu Alayı 7. Bölgə 5.
Nihad Doğan
Nihad Doğan (13 fevral 1977, İstanbul) — kürd mənşəli Türkiyə müğənnisi.
Ziya Doğan
Ziyaeddin Doğan (ziya Doğan kimi tanınır) (1 yanvar 1961, Gümüşxanə) — türk məşqçisi və yarımmüdafiədə oynayan keçmiş milli futbolçudur. Futbola Beşiktaş akademiyasında başlayıb. 1978-ci ildə əsas komandaya yüksəldi. Qısa müddətdə rəqabətli futbolu və zəhmətkeşliyi ilə komandanın sevimlisinə çevrildi. Əvvəllər baş zərbələrində zəif olsa da, "Şərəf" stadionunda torpaqla keçirdiyi məşq sayəsində bu çatışmazlığı aradan qaldırdı və hava ilə vurduğu baş qolları ilə məşhurlaşdı. İllərdir çempion olmayan Beşiktaş, tarixi və öz karyerası üçün 1982-ci il liqasının son matçında Əskişəhərə 2 qol vuraraq Beşiktaşı çempionluğa göndərərək, Beşiktaş azarkeşlərinin qəlbində taxt qurdu. ona görə də pərəstişkarları onu ən çox sevir. Türkiyə kubokunda "Fənərbaxça"nı əlavə vaxtda 4:2 hesabı ilə məğlub etdikləri matçda vurduğu qol onu unudulmazlardan biri edib. Yarımmüdafiəçi olmasına baxmayaraq, o, son dərəcə məqsədəuyğun oyun tərzinə malik idi. O, "Beşiktaş"ın heyətində 9 mövsümdə 194 liqa matçına çıxıb və 38 qol vurub.
Doğan Bekin
Doğan Bekin (1957, Mardin ili) — tərcüməçi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Doğan Bekin 1957-ci ildə Mardin ilində anadan olub. Qazi Universiteti İngilis dili Bölməsindən məzun olub. Xarici siyasətlə bağlı həm daxildə, həm də xaricdə məqalələri, təhlilləri, araşdırmaları, təqdiqatları və müsahibələri dərc olunub. Nəcməddin Ərbakan Vəqfinin Baş Katibidir. Rifah Partiyasının və Səadət Partiyasının İdarə Heyətinin üzvü olub. Yenidən Rifah Partiyasının qurucularından olub. Yenidən Rifah Partiyasında İdarə Heyətinin üzvü və xarici əlaqələr üzrə sədr müavini vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Avropa İttifaqının Uyğunlaşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Mesut Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Məsud Doğan
Məsud Doğan (1972, Toqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Məsud Doğan 1972-ci ildə Tokat ilində anadan olub. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. İş adamı olaraq çalışır. Tələbə illərində bir müddət Milli Gənclər Fondunda (MGV) çalışıb. Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Səadət Partiyasında 2014-2016-cı illərdə təhsil üzrə sədr müavini, 2016-2019-cu illərdə şöbələr üzrə sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildən Səadət Partiyasının Baş Katibidir. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü və TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Əli Doğan
Əli Doğan (türk. Ali Doğan, 1947, Qəhrəmanmaraş) — Türkiyəli siyasətçi, nazir (2002). İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Çekmece Nüvə Araşdırmaları Mərkəzində inzibati mütəxəssis vəzifəsində çalışıb. Sərbəst ticarətlə məşğul olub. O, Türkiyə Böyük Millət Məclisinin 20-ci və 21-ci dövrlərində Ana Vətən Partiyasının Kahramanmaraş millət vəkili olub və 2002-ci ildə qısa müddət ərzində Türkiyənin 57-ci hökumətində insan haqlarından məsul dövlət naziri vəzifəsində çalışıb. O, 1994-cü ildə ləğv edilən Fatih bələdiyyəsinə seçkilərdə Ana Vətən Partiyasından namizədi olub.
Doğan Cüceloğlu
Doğan Cüceloğlu(9 fevral 1938, Silifke, Mersin ili – 16 fevral 2021, Beşiktaş) — Türk psixoloq və akademik. O, şəxsi inkişaf kitabları və televiziya proqramı ilə tanınıb. 1980-1996-cı illərdə ABŞ-ın Fullerton şəhərindəki Kaliforniya Dövlət Universitetində işləyib. Onun qırxdan çox elmi məqaləsi dərc olunub. 1990-cı illərdən türkcə türk xalqının duyğularını, düşüncələrini və davranışlarını elmi psixologiya anlayışları ilə araşdıran kitablar nəşr etdirir. Onun 1992-ci ildə nəşr olunan "The Child In Us" adlı kitabı psixoloqun ən populyar kitablarından biridir. 1996-cı ildə Türkiyəyə qayıtmış və universitet tələbələri, müəllimlər, valideynlər və iş adamları üçün seminarlar, konfranslar və məşğələlər keçirmişdir. 9 fevral 1938-ci ildə Mersinin Silifke rayonunda 11 uşaqlı bir ailənin ən kiçik uşağı olaraq anadan olmuşdur. Orta məktəbi Ankara və Kırklarelidə bitirib. İstanbul Universitetinin Psixologiya fakültəsini bitirib.
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
"Doğan günəş" ordeni
"Doğan günəş" ordeni (旭日章, Kyokujitsu-shō) — beynəlxalq əlaqələr, Yapon mədəniyyətinin təbliği, yapon mədəniyyəti sahəsindəki irəliləyişlər, rifahın təşviqi və ya ətraf mühitin mühafizəsi kimi səbəblərə görə verilən Yaponiya ordenidir. Orden Yaponiya hökumətinin 10 aprel 1875-ci il tarixli fərmanı ilə verilən ilk milli yapon ordeni olmuşdur.
Doğan günəş bayrağı
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Doğan Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Ayşəgül Doğan Dağlı
Ayşəgül Doğan Dağlı (1977, Ankara) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ayşəgül Doğan Dağlı 1977-ci ildə Ankara şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Cizrə ilçəsində alıb. Fransanın Metz Universitetindən məzun olub. Tələbə olan illərdə Agence France-Presse (AFP), Courrier International və Voice of America (VoA) Kürdcə xidmətində, həmçinin Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitutunun (INALCO) Kürdologiya şöbəsində çalışıb. Vətənə qayıtdıqdan sonra Le Monde Diplomatique qəzetində tərcüməçi-jurnalist olaraq çalışıb. Növbəti illərdə isə HaberSİZsiniz, webiz, Tele1, Gazete Duvarda çalışıb. 2020-ci ildə Yeniden TV-ni təsis edib. Barış Məclisində Leyla Zananın siyasi əlaqələr üzrə məsləhətçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Qara Ay
Qara Ay (ブラックムーン一族, Burakku Mūn Ichizoku) və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır. Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar. Ölüm fantomu (デス・ファントム, Desu Fantomu) və ya Müdrik adam (ワイズマン, Waizuman) — Xaosun gələcəkdən gəlmiş ölümsüz forması. Seriya başlamazdan əvvəl o Kristal Tokio şəhərində adi insan kimi yaşayırdı.
Savaş Ay
Savaş Ay (26 mart 1954, İstanbul – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri. Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb. İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi. Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.
Super Ay
Super ay — Bu, Ayın yer planeti ətrafında fırlandığı elliptik orbitlə bağlıdır. Bu fenomen sayəsində Yerdən Ay diskinin adi haldan daha böyük ölçüsünü görə bilərsiniz. "Superay" termini astroloji mənşəlidir və dəqiq astronomik tərifi yoxdur. Bu hadisəni Ay illüziyası ilə qarışdırmaq olmaz ki, burada Ay üfüqdən aşağı bir mövqedə vizual olaraq daha yüksək yerdən daha böyük ölçüdə görünür. Super Ayın əksi mikroay və ya mikroay adlanır, baxmayaraq ki, əvvəlkindən fərqli olaraq bu termin o qədər də geniş istifadə olunmur. Rus dilində "supermoon" termini ilk dəfə 1979-cu ildə Dell Publishing tərəfindən nəşr olunan ulduz falı jurnalında istifadə edilmiş ingiliscə super ay terminindən gəlir. İldə 12 və ya 13 tam aydan 3 və ya 4-ü super ay kimi təsnif edilə bilər. Sonuncu ən böyük super ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bundan sonra növbəti dəfə belə təsir 28 ildən sonra təkrarlanacaq. Və sonuncu dəfə belə təsir 1948-ci ildə müşahidə olundu, o zaman Ay Yerə daha 50 kilometrə yaxındır., 27-28 sentyabr 2015-ci il tarixlərində super ay da qeydə alınıb, o, Rusiyanın Avropa hissəsində də görünən tam Ay tutulması ilə üst-üstə düşdü.