QƏLƏM

i. pen; avtomat ~ fountain-pen; diyircəkli ~ ball-point(pen); ◊ ~ çəkmək to cross (d.) out; to strike* (d.) out; məc. to destroy (d.), to do* away (with); ◊ ~ə əl atmaq to set* / to put* a pen to paper, to take* a pen in hand

QƏLƏBƏ
QƏLƏMDAN
OBASTAN VİKİ
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
İşıq qələm
İşıq qələm (ing. light pen) – karandaş və ya qələm şəklində düzəldilmiş və kompüterlə elastik kabel vasitəsilə bağlanmış göstərici, koordinat qurğu. Onun köməyilə ekranda lazım olan elementləri və komandaları göstərmək, yaxud seçmək olar. Seçim, ya işıq qələmin kənarında olan düyməni basmaqla, ya da qələmin ucunu ekranın səthinə sıxmaqla (“sıçanın” çıqqıtısının ekvivalenti) gerçəkləşdirilir. Qələmin işıq vericiləri var və hər dəfə onlara işıq düşdükdə (məsələn, ekranla yaxın kontakt zamanı işıqlı piksellər qələmin ucunun altına düşdükdə) onlar kompüterə siqnal göndərir. Elektron şüa ekranı sətir-sətir keçərək ekranın bütün piksellərini 1/60 saniyədə işıqlandırır, buna görə də qələmin göstərdiyi anı və yeri dəqiq qeyd etmək olar. İşıq qələm, sensor ekranda olduğu kimi, xüsusi ekran və ya onun örtüyünü tələb etmir, lakin onunla uzun müddət işləmək üçün əlverişsizdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
"Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Məhəmməd Siyah Qələm
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XIV əsrin sonu və XV əsrin əvvəllərinə aid rəsm albomunundakı bir çox şəkillərin müəllifi olduğu ehtimal edilən rəssam. Onun şəkillərinə türkmən, Çin, fars və monqol mədəniyyətlərinin xüsusiyyətləri təsir edib. Siyah Qələm rəsmləri XIV əsrin sonu və XV əsrin əvvəllərinə aiddir. Albomdakı şəkillərin çoxu Mehmet və ya Məhəmməd Siyah Qələm adı ilə imzalanıb. Bu rəsmlər dövrün mədəni və dini ritual normalarını təsvir edərək, o dövrün əhalisi və coğrafiyası haqqında məlumat verir. Ümumiyyətlə, rəsmlər İrana aid edilir və Çin sənəti və texnikasının güclü təsiri ilə yanaşı, İslamın gəlməsindən əvvəl Orta Asiya regionunda əsas inanclar olan buddizm və şamanizmin simvollarını daşıyır. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur.
Qırmızı Qələm (1971)
Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qızıl qələm mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Yaşıl Qələm Cəmiyyəti
Yaşıl Qələm cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədəbi birlik. Hələ XIX əsrdə daha çox ayrı-ayrı bölgələrdə "Məclisi-üns", "Məclisi-fəramuşan'" (Şuşa), "Beytüs səfa" (Şamaxı), "Əncüməni Şüəra" (Ordubad), "Fövcül tüsəha" (Lənkəran), "Məcməüş süəra" (Bakı) kimi ədəbi məclislər fəaliyyət göstərsə də, Azərbaycanda bütün ədəbi qüvvələri birləşdirən vahid ədəbi qurum yox idi. 20-ci əsrin əvvəllərində, əsasən, ədiblərin sıx birləşdiyi Bakıda da müəyyən ədəbi birlik və dərnəklər fəaliyyət göstərirdi. Onların təşkilində çox vaxt məfkurə uyğunluğu nəzərə alınırdı. 1917-ci ildə Hacı İbrahim Qasımovun rəhbərliyi ilə "Müsəlman mühərrir və əbiblər cəmiyyəti", 1919-cu ildə "Mühərrir və ədiblər ittifaqı" yaradıldı. 1919-cu ildə bolşevik ideyalarına xidmət edən yazıçılar və jurnalistləri birləşdirən "Qırmızı qələm" cəmiyyəti də təşkil olunmuşdu. Bakıda "Ədəb yurdu", "Tənqid gecələri", Gəncədə "Ədəbiyyat və sənayeyi-nəfisə ittifaqı" kimi ədəbi birliklər fəaliyyət göstərirdi. Bununla belə, Azərbaycanın qabaqcıl ziyalılarının vahid ədəbi cəmiyyət yaratmaq təşəbbüsləri uğursuz olmuş, müstəqil dövlətin qurulmasına qədər reallaşmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mədəniyyətin inkişafı yolunda atılan mühüm addımlardan biri ilk vahid ədəbi cəmiyyətin — "Yaşıl qələm" cəmiyyətinin təşkili oldu. Cəmiyyətin təsis toplantısı 1919-cu il avqustun 26-da keçirildi.
Qılınc və qələm (roman)
"Qılınc və qələm" — Məmməd Səid Ordubadinin tarixi romanı Yazıçının tarixi romanlarından sonuncusu olan "Qılınc və qələm"də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında Məmməd Səid Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər yazmışdır. Hələ 1925-ci ildə "Maarif işçisi" məcmuəsinin 8-ci nömrəsində dərc etdirdiyi "Fars ədəbiyyatında Nizami" məqaləsində Nizaminin yaşadığı mühitdən və şairin əsərlərindən bəhs edən Ordubadi, sonralar Nizaminin 800 illik yubileyinin keçirilməsində olduqca fəal və böyük səy ilə çalışaraq bu sahədəki tədqiqatını daha da genişləndirmişdir. 1939-cu ildən başlayaraq,onun müxtəlif qəzet və jurnallarda,eyni zamanda yubiley münasibətilə buraxılan "Nizami" almanaxlarında "Nizaminin dövrü və həyatı"(məqalələr silsiləsi,1939),"Böyük şairin yaşadığı mühit"(1947), "Nizami dövründə ədəbiyyat" (1947),"XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" (1943) və sair kimi dəyərli elmi məqalələri çap olunmuşdur.Bunlardan əlavə,"Nizami" (1939) adlı opera mətnini və "Qılınc və qələm" romanını da yubiley münasibətilə yazmışdır. 1941-ci ildə romandan "Bahar" adı ilə bir parça "Revolyusiya və kultura" jurnalında dərc olnumuş,bundan sonra ayrı-ayrı parçalar çap edilmişdir. Bütövlükdə-"Qılınc və qələm" romanı Azərnəşr tərəfindən ilk dəfə 1946-cı ildə (I kitab) və 1948-ci ildə (II kitab) çapdan çıxarılmışdır. Oxucuların böyük rəğbət və məhəbbətini qazanan roman ilk çapından sonra dəfələrlə nəşr edilmişdir.
Qırmızı qələm (film, 1971)
Film vaxtilə "Qırmızı qələmlər" poetik birliyinin yaradıcısı, tanınmış Azərbaycan şairi Süleyman Rüstəmin həyat və yaradıcılığına həsr olunmuşdur.
Wi-Fi-li diyircəkli qələm
Wi-Fi-li diyircəkli qələm — mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm. Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb. Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsilə Evernote servizində saxlanılmağa göndərilir. Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsilə yazır. Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsilə fəaliyyət göstərir. Qələmin özünün klaviaturası yoxdur.
"Qızıl qələm" mükafatı laureatlarının siyahısı
Bu siyahıda Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatları illər üzrə göstərilmişdir. == 1970-ci illər == === 1970 === === 1971 === === 1972 === "Qızıl qələm" fəxri mükafatı laureatları: Azərbaycan-sovet mətbuatının inkişafında xidmətlərinə görə: Süleyman Əliabbas oğlu Rüstəmzadə (Süleyman Rüstəm) (Azərbaycanın xalq şairi) Süleyman Hüseyn oğlu Rəhimov (Azərbaycanın xalq yazıçısı) Samvel Avanesoviç Qriqoryan ("Qrakan Adrbecan" jurnalının baş redaktoru) Qulam Məmməd oğlu Məmmədli (jurnalist) 1971-ci il üzrə ən yaxşı jurnalistika əsərlərinə görə: Tofiq Müseyib oğlu Həsənov ("Kommunist" qəzetinin xüsusi müxbiri) — satirik məqalələr və felyatonlar üçün Davud Əmrah oğlu Dəmirli ("Sovet kəndi" qəzetinin şöbə müdiri) — sovet adamı haqqında oçerklər və yazılar üçün "Fəhlə" televiziya proqramı üçün: Seyfulla Hənifə oğlu Cəfərov (baş redaktor) Telman Hüseyn oğlu Qafarov (böyük redaktor) Aslan Rəfi oğlu İsmayılov (rejissor) Oqtay Məhərrəm oğlu Rzayev (aparıcı) Firdovsi Adil oğlu Zamanov ("Azərbaycan gəncləri" qəzetinin şöbə müdiri) — hərbi vətənpərvərlik mövzusunda məqalələr üçün Hidayət Ələkbər oğlu Zeynalov ("Kommunist" qəzetinin şöbə müdiri) — təbiətin mühafizəsi haqqında publisistik məqalələr üçün === 1973 === === 1974 === === 1975 === === 1976 === 1975-ci il üzrə Musa İbrahim oğlu Əliyev — respublikada kənd təsərrüfatını intensivləşdirmək məsələləri barədə "Kommunist" qəzetində dərc olunumuş publisistik məqalələr üçün Tatyana Qriqoryevna Qanelina — əxlaqi tərbiyə problemləri barədə "Bakinski Raboçi" qəzetində dərc olunmuş məqalələr üçün Siyavuş Əli oğlu Sərxanlı — "Azərbaycan" jurnalında dərc olunmuş "Baykal–Amur poeması" oçerki üçün Sov.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyniadlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Nun və ya əl-Qələm Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Doldurma qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Eyvaz Qələmçəli
Eyvaz Qələmçəli (1929, Köhnəqışlaq, Ağstafa rayonu – 19 mart 2003, Ağstafa rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eyvaz Qələmçəli 1929-cu ildə Ağstafa rayonunun Köhnəqışlaq kəndində anadan olub. 15 yaşından şeir yazmağa başlayıb. İndiyə kimi üç kitabı - "Könlüm istəyir", "Bu dağlardadır", "Kürəyində haqqın əli" nəşr olunaraq oxucuların ixtiyarına verilib. Eyvaz Qələmçəli "Şəhid oldu", "Kürəyində haqqın əli", "Qurbanam", "İncədərə", "Qoru", "Ehtiyacım var", "Gəncə bax", "Kimi", "Qaldı", "Ağlar", "Həkim", "Dünya", "Qocalmışam", "Mən Qocalmazdım", "Düşür yadıma", "Səslə mən döyüşə", "Azərbaycan əsgəri", "Ay aşıq", "Ceyrançölün çobanları", "Sinədəftər şair Zəlimxan Yaquba", "Hanı", "Aşıqlar evi", "Allah" və s. yüzlərlə şeir yazmışdır. -deyən şair 2003-cü ilin mart ayının 19-da dünyasını dəyişib. Ağstafa rayon İcra Başçısının və Yazıçılar Birliyinin birgə fəaliyyəti nəticəsində onun 80 illik yubileyi 2009-cu il iyul ayının 3-də təntənəli qeyd edilib.
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək == Haqqında == Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Qızıl qələmlər
Qızıl qələmlər — Azərbaycanda ədəbi cəmiyyət (1925-1932). "Qızıl qələmlər" ədəbi cəmiyyəti 1925-ci ilin dekabr ayında Bakıda yaranmışdır. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi. 30 noyabr 1926-cı ildə “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu. 1927-ci ilin fevral ayındə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə Ruhulla Axundov, Mustafa Quliyev, T. Hüseynov (sədr), Ə. İbrahimov, Hacıbaba Nəzərli, Süleyman Rüstəm (katib) seçilirlər.
Qələmli (Xudafərin)
Qələmli (fars. قلملو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 12 nəfər yaşayır (4 ailə).
Qələmqabı
Qələmqabı və ya qələm qutusu — qələmləri daşımaq üçün istifadə edilən bir qabdır. Qələmqabıda karandaş, pozan, karandaşyonan, stapler, qayçı və kalkulyator kimi başqa dəftərxana ləvazimatlarıda ola bilər.
Qələmə qovağı
Qələmətli yaşayış yeri
Qələmətli yаşаyış yеri — Yuхаrı Yаycı kəndinin şərqində Cənnət qаyаsının yахınlığındа yеrləşir. Yаşаyış yеrinin ərаzisində dаşdаn hörülmüş binаlаrın qаlıqlаrındаn yаlnız dördkünc fоrmаlı çаlаlаr qаlmışdır. Ətrаfа dаğılmış tikinti qаlıqlаrı, binаlаrın tikintisində yоnulmuş dаşlаrdаn istifаdə оlunduğunu dеməyə əsаs vеrir. Yаşаyış yеrində аpаrılаn аrаşdırmаlаr zаmаnı Еrkən Оrtа əsrlərə аid çəhrаyı rəngli fоrmа vеrməyən kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Yаşаyış yеrini III-X əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, Оrtа əsrlərin sоnrаkı mərhələlərində burаdа yаşаyış dаvаm еtmişdir.

Digər lüğətlərdə