RÜB

i. 1. a quarter, a fourth; 2. (tədrisdə) term; birinci ~ the first term

RUZNAMƏÇİ
RÜBAB
OBASTAN VİKİ
Məhəmməd Nəcib ər-Rübai
Məhəmməd Nəcib ər-Rüba'i (ərəb. محمد نجيب الربيعي‎; 14 iyul 1904, Bağdad – 6 dekabr 1965, Bağdad) — İraqın 1-ci prezidenti.Doğum və ölüm tarixi tam bilinmir. Rabiyə qəbiləsinə mənsub iraq ərəbidir. Nəcib əl-Rübai, 1904-cü ildə Bağdadda anadan olub, burada Muhamməd Nəcib bin Osman bin Məhəmməd bin Mustafa bin Əli bin Abdullah bin Əli bin Pasha bin Muhammad Pasha, Sultan Murad IV ilə Səfəvi şahını Bağdaddan devirmək üçün döyüşən pilotun oğludur. Məhəmməd Nəcib ərəb Rabia qəbiləsinə mənsub idi və Məhəmməd Nəcib Əl-Rubayinin ailəsi ehtiyacı olan insanlar üçün bir qədər köməklər edirdi.Rübai uşaqlığından ədəbiyyat,ticarət,siyasət,iqdisadiyyatla maraqlanırdı və bu onu gələcəyə hazırlayırdı. İlk öncə İraq Kral Kollecinə daxil olan Rübai 3 il ərzində (1924-1927) bu kollecdə təhsilini davam etdirir.Sonralar onun qardaşları Həsib rübai və Rafik Rübai də bu kollecdə təhsil almağa başlayır.1 iyulda kollecdən çıxan Rübai 8 il ərzində (1927-1935) Konya kollecində təhsil almağa başlayıb.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (22 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Muradova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Rübail
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır. 1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rübail Allahverdiyev
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır. 1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rüblük maliyyə hesabatı
Rüblük maliyyə hesabatı — səhmli kağızların emitenti tərəfindən fəaliyyəti barədə məlumatların məcburi şəkildə açıqlanması. Məcburi hesabat tətbiq edilməzdən əvvəl investorlar qiymətli kağızları aldıqları emitentlərin şəffaf olmaması ilə qarşılaşdılar. 1990-cı illərin ortalarında xəbər agentlikləri, emitentlərin maliyyə hesabatlarının bir təşkilat üçün 50-100 dollardan satılması ilə məşğul idilər. Bundan əlavə, qeyri-rəsmi olaraq paylanmış hesabatlar etibarsız ola bilər. Bir çox şirkət bir neçə seçim hazırlamışdır: daxili istifadə üçün, vergi orqanı və digər maraqlı tərəflər üçün. Məcburi ictimaiyyətə açıqlama tətbiqi ədalətsiz hesabat satış tətbiqetmələrini dayandırdı. Emitentlərdən mənfəət və zərər hesabatları və balans hesabatları daxil olmaqla rüblük hesabatlar hazırlamaq və dərc etmək tələb olunur. Beləliklə, məlumatların vaxtında açıqlanması riskləri minimuma endirir və investorların hüquqlarının qorunmasına yönəlib. "Qiymətli kağızlar bazarı haqqında" Federal Qanun, səhmdar qiymətli kağızlar emitentinin bir neçə formada məlumatları açıq şəkildə təqdim etməsini tələb edir: emitentin rüblük hesabatı (rüblük hesabat); emitentin konsolidə edilmiş maliyyə hesabatları; maddi fəaliyyət faktlarına dair mesajlar. Qanuni tələb, xəbər agentliklərinin xəbər lentində yayımlandıqdan bir gün sonra mümkün olan bir neçə səbəbdən biri ilə qüvvəyə minir: qiymətli kağızlar buraxılışının etibarsız və ya etibarsız sayılması barədə qərarın qəbul edilməsi (qüvvəyə minməsi), prospektin qeydiyyatının etibarsız sayılması barədə qərarın qəbul edilməsi, Rusiya Bankının emitentin məlumatları açıqlama öhdəliyindən azad etməsi barədə qərarı ilə prospektin qeyd edildiyi buraxılışa dair bütün qiymətli kağızların geri alınması.
Rübabə Axundova
Axundova Rübabə Məmməd qızı (1907, Azərbaycan Respublikası, Şamaxı—1969)— Azərbaycanın əməkdar müəllimi, SSRİ Ali Sovetinin iki çağırışının deputatı, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru olmuşdur. Rübabə Məmməd qızı Axundova Azərbaycanın Şamaxı rayonunda anadan olmuş, bir çox rəhbər vəzifələrdə çalışmış və əməkdar müəllim fəxri adlına layiq görülmüşdür. 11 yaşı olanda atası rəhmətə getmiş və o bacısının ailəsində tərbiyə almışdı. 1925-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Universiteti) Şərq fakültəsinə qəbul olmuşdur. 1928-ci ildə həmin fakültəni bitirmişdir. Rübabə xanım həmçinin Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsinin də məzunudur. 1928-ci ildən Bakı şəhəri Stalin rayonunda (indiki Səbail rayonu) orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, Bakı şəhəri Voroşilov rayonu (indiki Səbail rayonu, vaxtilə ayrıca rayon olmuş, daha sonra Stalin, yəni indiki Səbail rayonuna birləşdirilmişdir) 132 nömrəli qızlar orta məktəbinin tədris bölməsinin müdiri olmuşdur. 1947-ci ilin oktyabrından Azərbaycan SSR ibtidai və orta məktəb işçilərinin peşə ittifaqı Mərkəzi Komitəsinin sədri olmuşdur. Daha sonra M.Ə.Sabir adına Pedaqoji məktəbin direktoru vəzifəsində çalışmışdır. Rübabə Axundova bir sıra dövlət mükafatlarına da layiq görülmüşdür.

Digər lüğətlərdə