Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür.
Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi.
== Bor postulatları ==
1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir:
Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır.
Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir.
Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ
Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥)
=== Həyəcanlanmış atom ===
Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.