relin
rels
OBASTAN VİKİ
Press-reliz
Press-reliz — məlumat vermək, rəsmi açıqlama və ya ictimaiyyətə açıqlanması üçün elan vermək məqsədilə media mənsublarına verilən rəsmi açıqlama. Press-relizlər həm də ilkin mənbə hesab olunur, yəni onlar məlumat üçün orijinal informatorlardır. Press-reliz ənənəvi olaraq başlıq, tarix, giriş, əsas və digər komponentlər daxil olmaqla doqquz struktur elementdən ibarətdir. Press-relizlər adətən elektron şəkildə mətbuata çatdırılır, istifadəyə hazırdır və çox vaxt xəbər embarqosu kimi tanınan "filan tarixdən əvvəl istifadə etməyin" qaydasına tabedir. Press-relizlərin xüsusi nümunəsi kommunike (/kəˈmjuːnɪkeɪ/) ola bilər. Bu ictimai qurum tərəfindən verilər qısa hesabat və ya bəyanatdır. Kommunike adətən beynəlxalq liderlərin yüksək səviyyəli görüşündən sonra verilir. Press-reliz materialından istifadə media korporasiyalarına fayda verə bilər, çünki o xərcləri azaltmağa və media agentliyinin müəyyən vaxt ərzində çıxara biləcəyi materialın həcmini yaxşılaşdırmağa kömək edir. Material əvvəlcədən hazırlandığına görə, press-relizlər jurnalistlərin nəinki xəbər yazmaq üçün vaxtına, həm də xəbəri birbaşa əldə etmək üçün lazım olan vaxta və pula qənaət edir. Press-relizdən istifadə xəbər agentliyinin vaxtına və puluna qənaət etsə də, onun məzmununun formatını və üslubunu məhdudlaşdırır.