REKVİZİT
REQBİÇİ
OBASTAN VİKİ
Reqbi
Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər. == Tarixçə == 1823-də İngiltərədə Reqbi şəhərinin eyniadlı məktəbində yaradılmış bir idmandır. == Cəhd == Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır == Qol == Əgər yenidən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır. == Xallar == == Reqbi 7 == Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur.
Azərbaycanda reqbi
Azərbaycanda reqbi — Azərbaycanda inkişaf edən idman növlərindən biridir. İlk reqbi klubu — "Bakı Reqbi Klubu" rəsmi olaraq 2001-ci ildə yaradılmışdır. 2003-cü ildə reqbi üzrə ilk Azərbaycan çempionatı keçirilmişdir. 2004-cü ildə Beynəlxalq Həvəskar Reqbi Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Reqbi Federasiyası yaradılıb. Azərbaycan həm də Beynəlxalq Reqbi Şurasının üzvüdür və bunun sayəsində Dünya Kubokunun seçmə mərhələsində iştirak edə bilər. == Azərbaycanda reqbinin yaranması == Azərbaycanda reqbi ilk dəfə ötən əsrin 30-cu illərində yaranıb, lakin Böyük Vətən Müharibəsinin başlaması ilə onun inkişafı dayanıb. SSRİ və respublika çempionatları müharibədən sonra da xeyli müddət keçirilməmişdir. == İkinci dirçəliş (70–80-ci illər) == Bu idman növü ikinci dirçəlişini ötən əsrin 70-ci illərinə təsadüf edir. Reqbi üzrə ən təcrübəli azərbaycanlı mütəxəssislərdən biri olan Vaqif Sadatxan Bakı İdman Komitəsinin o vaxtkı sədri Əbdül Sadıxoviç Sadıxovun köməyi ilə "Dinamo"nun, sonra isə "Neftçi"nin bazasında reqbi komandaları formalaşdırılıb. Elə həmin illərdə Azərbaycan SSR nümayəndələri İttifaq çempionatının birinci liqasında debüt etmişlər.
Rusiyada reqbi
Rusiyada reqbi məşhur idman növlərindən biridir. Ölkədə 2007-ci ilin məlumatına görə 365 klub və 21670 reqbiçi qeydə alınıb. 2021-ci ilin məlumatlarına görə klub sayı 71-ə qədər azalıb. Həmçinin reqbi üzrə müntəzəm olaraq Rusiya çempionatı keçirilir. 16 aprel 2021-ci il tarxi üçun kişilərdən ibarət Rusiya millisi dünya reytinqində 20-ci yerdədir. Qadınlardan ibarət milli komanda isə dünya sıralamasında 14-cü yerdə qərarlaşıb. Rusiyada reqbi idmanının idarə edilməsini Rusiya Reqbi Federasiyası həyata keçirir. Bu federasiya 1936-cı ildə təsis edilmiş SSRİ Reqbi Federasiyasının hüquqi varisidir. Rusiya Reqbi Federasiyası 1990-cı ildən Dünya Reqbi Federasiyasının üzvüdür. == Tarixi == Əksər ölkələrdə olduğu kimi Rusiyayada reqbi Böyuk Britaniyadan gəlib.
Azərbaycan Reqbi Federasiyası
Azərbaycan Reqbi Federasiyası — Azərbaycandakı idman federasiyalarından biri. == Haqqında == İlk dəfə 2004-cü ildə təsis edilən Azərbaycan Reqbi Federasiyası (ARF) bundan bir il sonra Avropa Reqbi Assosiasiyasına üzv qəbul olunub. Lakin hələ də federasiyanın Beynəlxalq Reqbi Şurasına (İRB) üzvlüyü təmin edilməyib. Bu İRB-nin qoyduğu tələblə bağlıdır: Ən azı 10 komandanın iştirakı ilə çempionat keçirilməlidir ki, üzvlüyə qəbul olunsun. Bu şərti yerinə yetirmək hələlik mümkün deyil. Çünki maliyyə imkanları aşağı səviyyədədir. Klub yaratmaq üçün kifayət qədər vəsait lazımdır. Reqbi üzrə Azərbaycan yığma komandası Avropa Millətlər Kubokunun 3D divizionunda mübarizə aparırdı. 2017-ci ilin sentyabr ayında fəaliyyətini dayandırıb. 2020-ci ilin iyul ayından Azərbaycan Reqbi Federasiyası yeni rəhbərliklə öz fəaliyyətini bərpa edib.
Azərbaycan milli reqbi ittifaqı komandası
Reqbi üzrə Azərbaycan milli komandası Avropa Millətlər Kubokunun 3D divizionunda mübarizə aparır. Azərbaycan reqbi ittifaqı millisi reqbi üzrə Dünya Kubokuna vəsiqə qazana bilməyib. Komanda beynəlxalq səviyyəli ilk rəsmi oyununu Bosniya və Herseqovina millisinə qarşı keçirmiş və məğlub olmuşdur. Lakin komandanın tarixində ən böyükhesablı qələb də məhz Bosniya və Herseqovina üzərində qazanılmışdır. Komandanın ən böyük hesablı məğlubiyyəti Kipr millisinə qarşı olmuşdur.

Digər lüğətlərdə