resakralizasiya
resenziyaçı
OBASTAN VİKİ
Resenziya
Resenziya (latınca: resensio) — ədəbi tənqidin və jurnalistikanın əsas janrlarından biridir. Bir əsəri nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək hüququ deməkdir. Rəydə yeni əsər haqqında məlumat verilir, qısa təhlil və qiymətləndirmə yer alır. Latın dilindən tərcümədə "recensio" "baxış, dəyərləndirmə, qiymət, bir şey haqqında fikir" mənasını verir. Resenziya, bədii ədəbiyyat, sənət, elm, jurnalistika və s. əsərləri haqqında bir araşdırmaya (ilk növbədə tənqidi) əsaslanan bir janrdır. Nəzərdən keçirmənin mövzusu informasiya faktlarıdır - kitablar, broşuralar, tamaşalar, filmlər, TV şouları, oyunlar və s. Ədəbi tənqidi resenziyalar dərgilərin, qəzetlərin, bir sözlə mətbuatın yaranması ilə parallel şəkidə meydana çıxmışdır. Azərbaycan ədəbi tənqidində ilk resenziyalar Həsən bəy Zərdabi, Firidun bəy Köçərli tərəfindən yazılmışdır. Sonralar resenziya janrı inkişaf edərək Azərbaycan ədəbi tənqidinin əsas janrlarından birinə çevrilmişdir.

Digər lüğətlərdə