romannəvis 2021
romansement
OBASTAN VİKİ
Romans
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb. Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi. Elegiya (yun.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Həyat Romansı (1971)
== Məzmun == Film istedadlı Azərbaycan bəstəkarı, dünyasını vaxtsız dəyişmiş Asəf Zeynallıya həsr edilmişdir.
Həyat romansı (film, 1971)
== Məzmun == Film istedadlı Azərbaycan bəstəkarı, dünyasını vaxtsız dəyişmiş Asəf Zeynallıya həsr edilmişdir.

Digər lüğətlərdə