ROMANTİZM

İtalyanca roman, romans, Roma tipli sözlər də eyni kökə malikdir, ədəbi cərəyan adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ROMANTİK
RÖVNƏQ
OBASTAN VİKİ
Romantizm
Romantizm (fr. romantisme) — XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin (Şleqel qardaşları, F.Novalis, L. Tik, V. Vakkenroder) fəaliyyəti (1798–1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir. A. S. Puşkin, M. Y. Lermontov, E. Hofman, C. Q. Bayron, P. B. Şelli, C. Kits, V. Hüqo, F. R. Şatobrian, A. Vinyi, C. Leopardi, A. Mandzoni, Ş. Petefi, M. Eminesku, T. Şevçenko romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar. Azərbaycan ədəbiyyatında romantizm isə H. Cavid, M. Hadi, A. Səhhət, A. Şaiq və b. tərəfindən icra olunmşdur. Romantizm, XVIII əsr Avropasının həyəcan və coşğusunu, azadlıq ehtiraslarını dilə gətirən bir axındır. Ağıldan çox duyğuya səslənən bir sənətdir. Romantik şəklin qabaqcıllarından Gericaultnun Napoleona Ordusundan Bir Süvarini göstərən əsəri (Louvre, Paris) ilə Davidin Napoleoneu qarışlaşdırıldığında aradakı üslub fərqi açıqca görülər.
Romantizm epoxası
Romantizm dünya ədəbiyyatında maarifçi ədəbi tərəqqinin bir dövrüdür. Ona görə romantizmi metod, cərəyan və s. kimi təqdim etmək əsassızdır. Romantizm terminini ilk dəfə işlətmiş alman nəzəriyyəçisi Fridrix Şlegel 1798-1800-cü illərdə yazdığı silsilə jurnal məqalələrində romantizmi dövrün tələblərinə ən uyğun olan müasir sənət forması kimi təqdim edirdi. Romantizm dünya ədəbiyyatında maarifçi ədəbi tərəqqinin bir dövrüdür. Ona görə romantizmi metod, cərəyan və s. kimi təqdim etmək əsassızdır. Romantizm terminini ilk dəfə işlətmiş alman nəzəriyyəçisi Fridrix Şlegel 1798-1800-cü illərdə yazdığı silsilə jurnal məqalələrində romantizmi dövrün tələblərinə ən uyğun olan müasir sənət forması kimi təqdim edirdi. Əlbəttə, Şlegel haqlı idi, çünki onun dövründə romantizm ədəbi tərəqqinin ən yeni tendensiyalarını təmsil edirdi. Bu da keçid mərhələsi idi.
Xarkov romantizm məktəbi
Xarkov romantizm məktəbi (ukr. Харківська школа романтиків) — 1930–1940-cı illərdə fəaliyyət göstərən Xarkov Universitetinin gənc ukraynalı şairləri, müəllimləri və tələbələri qrupu. "Məktəb" termini onların əsərlərinin tədqiqatçısı və naşiri Aqapi Şamray tərəfindən təklif edilmişdir. Xarkov romantizm məktəbinin əsas nümayəndələri bunlardır: Romantizm dövrünün digər xalqları kimi bu şairlərin fəaliyyəti də milli şüurun oyanması ilə bağlıdır. Odur ki, bunun nəticəsində xalq yaradıcılığına maraq yaranmışdı. Xarkov romantikləri regional xalq sənətini toplamış, yayımlamış və təqlid etmişdilər. Onlar xalq mahnıları, nağıllar, əfsanələr əsasında mövzular tərtib etmiş, tarixi motivlərə müraciət etmişdilər. Bu marağın nəticəsidir ki, Xarkov romantikləri xalqı öz sələflərindən (İvan Kotlyarevski, Qriqori Kvitka-Osnovyanenko) fərqli görürdülər. Onlar xalqa yuxarıdan, təbiətin sadəlövh övladı kimi yox, mənəvi canlanma, güc, poetik ilham mənbəyi kimi baxırdılar. Bu yeni baxışı hətta Ukrayna xalqının milli dirçəlişinin mümkünlüyünə inanmayan kiril-metodistlər ilə (Panteleymon Kuliş, Taras Şevçenko) qarşıdurmasından qorxan qrup üzvləri də bölüşürdülər (məsələn, Amvrosiy Metlinski).
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.

Digər lüğətlərdə