Uilyam Marş Rays
Vilyam Marş Rays (ing. William Marsh Rice; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı.
14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur.
Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir.
1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.