Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «AB» – 16
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
A AB AC AD AH AX AL AM AN AR AS AT AV AY AZ
 

ABIR GÖZLƏMƏK

Həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır-həya saxlamaq.

ABIR-HƏYA SAXLAMAQ

həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır gözləmək.

ABIR-HƏYANI İTİRMƏK

həyasızlaşmaq, ar eləməmək, heç nədən utanıb-çəkinməmək; ~ pərdəni götürmək, arı-namusu yemək.

ABIR QOYMAMAQ

1. Bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abrını tökmək (aparmaq),
подробнее

ABIRDAN DÜŞMƏK

biabır olmaq, hörmətsiz olmaq, nüfuzuna xələl gəlmək.

ABIRDAN SALMAQ

rüsvay etmək, biabır etmək, aşağılamaq; ~ nüfuzdan salmaq, adamlıqdan salmaq, itin sözünü demək.

ABRA DÜŞMƏK

lazımi şəklə, sahmana, qaydaya düşmək.

ABRA MİNDİRMƏK

səliqə-sahman yaratmaq, bir şeyin görünən, zahiri tərəfinə daha çox fikir vermək; ~ yaraşığa gətirmə
подробнее

ABRA SALMAQ

bax: abra mindirmək.

ABRI GETMƏK (TÖKÜLMƏK)

biabır olmaq, rüsvay olmaq; ~ üzünün suyu  getmək (tökülmək).

ABRINA QISILMAQ

nüfuzunu, hörmətini qorumaq üçün susmağa məcbur olmaq; ~ namusuna qısılmaq, abır gözləmək, abır-həya
подробнее

ABRINI ÇÖLƏ ATMAQ

şərəfini, mənliyini, şəxsi ləyaqət hissini  itirmək; ~ namusunu itirmək.

ABRINI ƏTƏYİNƏ BÜKMƏK

bərk danlamaq, töhmətləndirmək, biabır etmək; ~ abrını vermək (almaq), abrını tökmək (aparmaq), sıxı
подробнее

ABRINI İTƏ ATMAQ

bax: abrını çölə atmaq.

ABRINI TÖKMƏK (APARMAQ)

bax: abrını vermək (almaq).

ABRINI VERMƏK (ALMAQ)

danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abır qoymamaq, ağ yuyub qara sər
подробнее